Kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi üzrə mühüm yeniliklər təqdim edildi
Cari ilin 27 may tarixində “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Raiffeisen Bank International” (RBI) arasında kapital bazarlarının, depozitar və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab İbrahim Alışov və RBI-nin Qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri cənab Attila Szalay - Berzeviczy imzalayıblar.
RBİ Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarətsonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir. Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə Avropanın qabaqcıl beynəlxalq banklarından biri olan (RBI) arasında nominal saxlayıcı hesablarının açılması nəzərdə tutulur. Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Alışov çıxışında RBI ilə əməkdaşlığın aparılması və qarşılıqlı depozitar əlaqələrin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondları, iri broker-diler şirkətlərinin ölkəyə gəlmədən və depo hesab açmadan nominal saxlayıcı hesabları vasitəsilə Azərbaycan qiymətli kağızlarına investisiya etməsinin mümkün olacağını qeyd edib. O bildirib ki, xarici investorlar RBI vasitəsilə MDM-də açılacaq nominal saxlayıcı hesablardan istifadə etməklə və təkmil klirinq-hesablaşma sistemləri vasitəsilə əməliyyatlarını məsafədən həyata keçirə biləcəklər. Bu isə öz növbəsində xarici investisiyaların ölkəyə cəlb edilməsinə, iqtisadiyyatın neftdən asılılığının azalmasına, həmçinin ölkənin tədiyyə balansında müsbət saldonun artımına təkan verəcəkdir. Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru cənab Vüsal Qasımlı təqdim edilən yeniliklərin qiymətli kağızlar bazarının inkişafına təkan verəcəyini vurğulayıb.
Eyni zamanda, tədbirdə Palata tərəfindən “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin təqdimatı həyata keçirilib və modelin tətbiq edilməsi üzrə “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” imzalanıb. Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları tərəfindən həyata keçirilməsi, hesablaşma rejimlərinin optimallaşdırılması və ümumilikdə, hesablaşma prosesinin iştirakçıları arasında münasibətlər sisteminin tamamilə müasir və mütərəqqi prinsiplər əsasında yenidən formalaşdırılmasını nəzərdə tutur.
İ.Alışov qeyd edib ki, qiymətli kağızlar bazarında aparılan əməliyyatlar üzrə pul hesablaşmalarının kommersiya bankları tərəfindən həyata keçirilməsi bazarda bir sıra fundamental yeniliklərə səbəb olacaq. Bu yeniliklər nəticəsində hesablaşmaların daha səmərəli və operativ aparılması mümkün olacaq ki, bu da həm emitentlərin, həm də investorların xərclərini azaltmaqla yanaşı, onlara likvidliyi çevik idarəetmə imkanı yaradacaq. Eyni zamanda qeyd edilmişdir ki, yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya bankları arasında faydalı, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranır və hesablaşma risklərinin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş bütün mexanizmlərin real tətbiqi imkanları artır. Yeni modelə əsasən hesablaşma zamanı aktivlərin əvvəlcədən deponentləşdirilməsinə zərurət qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qiymətli kağızların təkrar bazarında tamamilə aradan qalxacaq, bu da öz növbəsində bazarda likvidliyin daha səmərəli tənzimlənməsini təmin edəcək.
Modeldə nəzərdə tutulan digər bir yenilik hesablaşma rejimlərinin optimallaşdırılmasıdır. Belə ki, yeni modelə əsasən səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçirilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində həm bu bazar seqmetinin canlanmasına, həm də hesablaşmaların səmərəliyinin artırılmasına təkan verəcək. Bununla yanaşı, Azərbaycan qiymətli kağızlar bazarında “T+1” rejimin tətbiq dairəsinin genişləndirilməsi bazarın xarici investor üçün cəlbediciliyini artıracaqdır.
Bundan əlavə, qiymətli kağızlar bazarında elektronlaşma səviyyəsinin artırılması üzrə daha bir yenilik tədbir iştirakçılarına təqdim edilib və qiymətli kağızlar bazarında investorlar üçün MDM-də olan depo hesabların elektron izləmə imkanı yaradılıb. İnvestorlar Milli Depozit Mərkəzinin internet səhifəsində yaradılmış portal vasitəsilə mülkiyyətlərində olan qiymətli kağızlar barədə məlumat əldə edə biləcək, həmçinin depo hesabları üzərindən həyata keçirilmiş əməliyyatları elektron qaydada izləmə imkanı əldə edəcəkdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























