Mobil manşet üstü reklam_21

Qara Qu Quşu – Mümkünsüzün Təsiri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qara Qu Quşu – Mümkünsüzün Təsiri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Readit.az məzmun kitabxanası dünyaca məşhur çox satan kitabların məzmunlarını Azərbaycan dilində oxuculara təqdim etməkdə davam edir. Bu günkü məqaləmiz sayta yenicə əlavə olunmuş “Qara Qu quşu – Mümkünsüzün təsiri” məzmunu barəsindədir. Qeyd edək ki, kitab bu günə qədər Azərbaycan dilinə tərcümə edilməmişdir.

 

Nasim Nikolas Talib Livan-Amerika əsilli yazıçı, akademik, statistik və risk analistidir. Onun tədqiqatları xüsusilə təsadüfilik, ehtimal və qeyri-müəyyənlik məsələlərinə fokuslanıb. 2007-ci ildə yazdığı “Qara Qu quşu” adlı kitabı “The Sunday Times” tərəfindən II Dünya Müharibəsindən bu günə qədər ən təsirli 12 kitab siyahısına daxil edilib.

 

“Qara Qu quşu” kitabı bəzi nadir və proqnozlaşdırıla bilməyən hadisələrə və insanların həmin hadisələrə primitiv şərhlər vermə meylinə fokuslanır. Müəllif kitabda həmçinin, bilik, estetika və həyat tərzləri ilə bağlı məsələlərə də toxunur və qurmalardan istifadə edir. Müəllif öz nəzəriyyəsini əsaslandırmaq və daha aydın şərh etmək üçün şəxsi həyatından hekayələr də danışır. Məzmun xüsusilə, yeni və yaradıcı fəaliyyətlə məşğul olmaq istəyənlər üçün maraqlı olacaq.

 

Saytda dərc edilmiş məzmundan bir hissəni nəzərinizə çatdırırıq.

 

Yeri gəlmişkən, Readit.az saytına 6 aylıq abunə alsanız, həm 100-ə yaxın məzmunu abunə müddətində onlayn oxuya biləcəksiniz, həmçinin 15 kitabın məzmununu özündə cəmləyən “Daha Ağıllı ol!” kitabı sizə hədiyyə olunacaq. Qeyd edək ki,  hal-hazırda readit.az saytında 100-ə yaxın ən məşhur kitabların məzmunları toplanıb.

 

Abunə paketləri => https://readit.az/az/subscribe/private

 

Kitabda “Qara qu quşu” kimi adlandırılan hadisənin üç əsas xüsusiyyəti var:

 

- Mümkün gözləntilərdən kənarda qalması səbəbindən qeyri-adidir (Nadirlik);

- Mükəmməl təsir gücünə sahibdir (Mükəmməl Təsir Gücü);

- Gözlənilməz olmasına baxmayaraq, bizi qeyd olunan hadisənin təsvir edilməsi və proqnozlaşdırılması üçün bəzi şərhlər tapmağa istiqamətləndirir (Keçmişə istiqamətlənən proqnoz)

 

Adətən, hər hansı bir təşəbbüsün gəliri proqnozlaşdırılan gəlirlə tərs mütənasibdir. Qeyri-adi hadisələri proqnozlaşdıra bilməmək, tarixin gedişatını proqnozlaşdıra bilməmək deməkdir. Qara Qu Quşları proqnozlaşdırıla bilmədiyi üçün onların mövcudluğuna öyrəşməliyik. Dezinformasiyaya və ya bilmədiklərimizə fokuslanaraq çox az məsələni həll edə bilərik. Digər faydaları ilə yanaşı, ətrafımıza göz gəzdirərək nadirən özünü göstərən Qara qu quşlarını toplamağa çalışmalıyıq. Beləliklə, ən faydalı strategiya mümkün qədər çox araşdırmaq və Qara Qu quşu fürsətlərinə diqqət yetirməkdir.

 

Bildiklərimizə həddindən artıq fokuslanma nəticəsində özünü göstərən bir məsələ var; biz adətən, ümumini deyil, konkreti öyrənməyə meyilliyik. Bu problem zehnimizin quruluşu ilə bağlıdır; biz qaydaları deyil faktları öyrənirik. Mücərrəd məsələləri qəbul etmirik və lazımsız hesab edirik. Düşünmək zaman və enerjinin xərclənməsi baxımından xeyli zəhmətli olduğundan, əcdadlarımız 100 milyon ildən çox müddət ərzində həyatlarını düşünməyən məməlilər kimi keçiriblər. Hamı bilir ki, özünü qorunmaq müalicə olunmaqdan daha əhəmiyyətlidir, ancaq heç kəs buna əməl etmir və dəyərləndirmir.

 

Sosial həyatda demək olar ki, hər şey nadir, ancaq əhəmiyyətli şoklar və sıçrayışlar vasitəsilə istehsal edilir. Qeyd edək ki, sosial həyatla bağlı demək olar ki, bütün tədqiqatlar normal olana fokuslanaraq, xüsusilə də sizə heç bir lazımi məlumatı verməyən Qauss paylanması metodları ilə həyata keçirilir. Niyə? Çünki Qauss paylanması böyük kənaraçıxmaları nəzərə almır, onları təhlil etmir, ancaq yenə də sizdə qeyri-müəyyənliyi həll etməyinizlə bağlı bir hiss yaradır. Bu kitabdakı tənqid təkcə Qauss paylanmasına və özünü aldadan statistiklərə və ya lazımsız nəzəriyyələrlə vaxt öldürən akademiklərə yönəlməyib. Kitabın məzmunu mənalı hesab etdiyimiz məsələlərə fokuslanma instinkti ilə bağlıdır. Hazırda yaşadığımız dünya böyük bir xəyal dünyasına sahib olmağı tələb edir. Ancaq biz xəyal qurmaq qabiliyyətindən məhrumuq və digər insanlarda da onu məhv etməyə çalışırıq. Bu vəziyyət standartdan kənar olan hər hansı bir məsələni istisna kimi yox, başlanğıc nöqtəsi kimi görməli olduğumuzu göstərir.

 

Müəllif qeyd edir ki, inkişaf etməyimizə və biliyimizin artmasına baxmayaraq, hətta bəlkə də məhz bu cür bir inkişaf səbəbilə gələcəyi proqnozlaşdırmaq getdikcə daha da çətinləşir.

 

Çalışın Qara Qu quşların varlığına alışın və onlarla dost olun.

 

27.05.2019 07:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ