Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq - LİRƏ UCUZLAŞIR
Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.
"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə Mart ayı toplantısında faiz dərəcəsini 24%-də saxlamış, inflyasiyada yaxşılaşma olana qədər (azalana qədər) sərt pul siyasətinin qorunacağını vurğulamışdı.
İqtisadçılar inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığın qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Son dövrdə, xüsusən seçkidən əvvəl maliyyə bazarlarda meydana gələn dalğalanmalara qarşı Mərkəzi Bank fövqəladə pul siyasəti alətlərini istifadə edərək TL-nin dəyərini sabit saxlamağa çalışıb.
Ötən aylarda faiz endirimi ehtimalı danışılmağa başlanmış, ancaq inflyasiyanın yüksək qalmasına görə faiz endiriməsinə ilin 2-ci yarısından sonra başlanacağı proqnozları güclənmişdir.
Türkiyədə inflyasiyada ciddi və inandırıcı bir geriləmə müşahidə olunmur. İqtisadçılar hesab edirlər ki, bu səbəbdən, 25 Aprel 2019-cu il faiz endirmək üçün çox erkən bir tarixdir.
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch", Türkiyə Mərkəzi Bankının il ərzində 400 bənd faiz edəcəyini proqnozlaşdırır: "İqtisadiyyatdakı pisləşmə və inflyasiya təzyiqləri azalarsa hazırda 24%-də olan faizin bu il 400 bənd endiriləcəyini təxmin edirik". Bu proqnoz reallaşsa Türkiyədə faiz dərəcəsi 20%-ə düşər.
LİRƏ UCUZLAŞIR
ABŞ-ın 8 ölkəyə İrandan neft idxalı üçün verdiyi möhləti uzatmayacağını açıqlaması ilə neft qiymətlərində baş verən yüksəliş, ABŞ ilə Türkiyə arasındakı S400 böhranı, Mərkəzi Bankın ehtiyatlarına dair narahatlıqlar, seçki qeyri-müəyyənliyinin hələ də sona çatmaması və Dollar indeksinin 22 ayın ən yüksək səviyyəsinə yaxınlaşması kimi amillər son dövrdə Türk Lirəsinin (TL) dəyər itirməsinə səbəb olur.
"Marja" xəbər verir ki, bu gün Dollar (saat 08:40-a olan məlumat) 0,3% bahalaşma ilə 5.8903 lirə səviyyəsini, Avro da 0.3% artımla 6.5799 lirə səviyyəsini görüb.
Məzənnənin istiqamətində Türkiyə Mərkəzi Bankının bugünkü faiz qərarı və açıqlaması əhəmiyyətli olacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Analitiklər bildiriblər, neft qiymətlərində yüksəliş və daxildəki siyasi proseslər də TL üzərində təzyiq yaradan digər amillərdir.
"Commerzbank"dan bildirilib ki, İrandan neft idxalında Türkiyə daxil olmaqla 8 ölkəyə verilmiş sanksiya möhlətinin uzadılmaması Lirə üçün mənfidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 d. əvvəl
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
3 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
3 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
3 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
3 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İkiqat bayram! - Qurban Bayramında BÖYÜK endirimlər!
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
Ən çox oxunanlar
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb












.jpg)









