Əsas yollarda elektromobillərin enerji ilə yüklənməsi məntəqələri yaradılacaq
"SOCAR Petroleum" QSC (SOCAR-ın törəməsi) 2020-ci ilədək Azərbaycanda CNG satışını həyata keçirən YDM-lərin ümumi sayını 14-ə çatdırmağı ümid edir.
Bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bu gün jurnalistlərə bildirib.
“Hazırda Bakıda və ətraf qəsəbələrdə şirkət tərəfindən sıxılmış təbii qazın (CNG) satışı üzrə 9 stansiya yaradılıb. 2019-cu il ərzində CNG məntəqələrinin sayını 14-ə çatdırmağı nəzərdə tuturuq, fakriki olaraq onların sayı 12-13 ola bilər”, - D.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ildə "SOCAR Petroleum" Bakıda və kənarda 2 CNG-terminal inşa etməyi planlaşdırır.
“Həmçinin, gələcək illərdə ölkənin qərb, cənub və şimal istiqamətlərində əsas yollarda hər 100 km bir sıxılmış təbii qazın (SNG) satışı və elektromobillərin enerji ilə yüklənməsi məqsədilə daha 6 məntəqə yaradılacaq”, - D.Məmmədov bildirib.
O cümlədən, vitse-prezident məlumat verib ki, SOCAR ilə “Kapital Bank” arasında əldə olunan razılığa əsasən, avtomobil sahibləri nəqliyyat vasitəsində sıxılmış təbii qazdan (CNG) istifadə üçün avadanlığı 18 ay müddətində hissə-hissə ödənişlə quraşdıra biləcəklər.
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət 2010-cu ilin may ayında respublikada ilk YDM-lər açıb.
“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) 2018-cim ilin iyul ayında Azərbaycanda sıxılmış təbii qazın (Compressed Natural Gas) pərakəndə satışına başlayıb.
Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
























