Türkiyədən ABŞ-ın qərarına reaksiya
Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-ın İrandan neft idxalı qadağası üzrə 8 ölkəyə, o cümlədən Türkiyəyə verdiyi möhləti uzatmamasının regional sülhə və sabitliyə xidmət etməyəcəyini və İran xalqına zərər verəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, ABŞ rəhbərliyinin, daha əvvəl İrana tətbiq olunan neft sanksiyalarından 180 gün azad olunmuş 8 ölkəyə yeni azadolma (möhlət) verilməyəcəyini açıqlamasının ardından Çavuşoğlu "Twitter" hesabından açıqlama verib.
Çavuşoğlu açıqlamasında, "ABŞ-ın azadolmalara son qoyması regional sülh və sabitliyə xidmət etməyəcək və İran xalqına zərər verəcək. Təktərəfli sanksiyaları və qonşularımızla necə əlaqə yaradacağımıza dir göstərişləri qəbul etmirik",- ifadələrini istifadə edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Dünən Ağ Ev, İrana tətbiq edilən neft sanksiyalarından azad olumuş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlayıb. İran nefti bazardan çıxdıqdan sonra qlobal tələbin ödənilməsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri yer alacaq.
ABŞ İrandan neft idxalını sanksiyalar ilə qadağan etsə də, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan bu ölkədən neft almağa davam edirdilər. Adları çəkilən 8 ölkə İrandan neft alışına tətbiq etdiyi sanksiya qərarından 2 Maya qədər 180 günlüyünə azad olunmuşdular. ABŞ-ın yeni qərarı ilə bu ölkələrə verilən möhlət sona çatacaq.
ABŞ, İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı hədəfləyir.
İranla nüvə razılaşmasından tək tərəfli çıxan ABŞ-ın İrana qarşı ilk sanksiya paketi 7 Avqust 2018-də, ikinci mərhələ sanksiya paketi isə 5 Noyabr 2018-də qüvvəyə minmişdir.
The #US decision to end sanctions waivers on #Iran oil imports will not serve regional peace and stability, yet will harm Iranian people. #Turkey rejects unilateral sanctions and impositions on how to conduct relations with neighbors. @StateDept@SecPompeo
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) 22 апреля 2019 г.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat sonra
-
- 3 d. əvvəl
-
18 d. əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
26 d. əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
50 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Baku Electronics-də yaz fürsətləri davam edir!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir






.jpg)












