Əksər sığorta şirkətləri balans kapitalının hesabına "böyüyüb"
Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.
Belə ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Bakı Sığorta", "Rəvan Sığorta", "Amrah Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 1-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 5 şirkətdə 50-60% arasında, 2 şirkətdə 40-50% arasında, 2 şirkətdə 30-40% arasında, 2 şirkətdə 20-30% arasında, 1 şirkətdə isə 10-20% arasındadır.
Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 39,8% - 60,2% olub.
№ | Sığorta şirkətinin adı | Şirkətin aktivlərində | |
Balans kapitalının payı | Öhdəliklərin payı | ||
1 | Bakı Sığorta | 87,9% | 12,1% |
2 | Rəvan Sığorta | 83,9% | 16,1% |
3 | Amrah Sığorta | 83,6% | 16,4% |
4 | Xalq Sığorta | 82,2% | 17,8% |
5 | İpək Yolu Sığorta | 74,3% | 25,7% |
6 | AXA Mbask | 63,8% | 36,2% |
7 | Günay Sığorta | 61,8% | 38,2% |
8 | Azərbaycan Sənaye Sığorta | 61,5% | 38,5% |
9 | Azsığorta | 56,6% | 43,4% |
10 | Meqa Sığorta | 56,1% | 43,9% |
11 | Azərsığorta | 55,5% | 44,5% |
12 | A-Qrup Sığorta | 55,1% | 44,9% |
13 | Qala Həyat Sığorta | 54,9% | 45,1% |
14 | PAŞA Sığorta | 42,9% | 57,1% |
15 | Qala Sığorta | 41,2% | 58,8% |
16 | Atasığorta | 32,0% | 68,0% |
17 | Standard Insurance | 30,3% | 69,7% |
18 | Atəşgah Sığorta | 28,4% | 71,6% |
19 | Atəşgah Həyat Sığorta | 21,1% | 78,9% |
20 | PAŞA Həyat Sığorta | 17,8% | 82,2% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 39,8% | 60,2% |
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















