Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır
Azərbaycan Banklar Assosiasiyası (ABA) bütün üzv təşkilatlara Maliyyə Savadlığı Şurasının yaradılması təklifi ilə müraciət edib. Şuraya üzv olmaq istəyən banklar bununla bağlı onlara ünvanlanan məktuba martın 10-dək cavab verməlidir.
Bu barədə bank dairələrinə istinadən xəbər verir.
"ABA maliyyə savadlığı ilə bağlı fəaliyyətini əsasən törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) vasitəsilə həyata keçirir. Maliyyə savadlığı ilə əlaqədar planlaşdırılan işlərin birgə müzakirəsi və koordinasiyası məqsədilə ABA-nın nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət (İdarə Heyəti üzvləri və s.) Maliyyə Savadlığı Şurasının yaradılması nəzərdə tutulur", - deyə məktubda qeyd olunub
Şuranın fəaliyyətinin əsas istiqamətləri, üzvlərlə birlikdə ABTM-in direktoru Cavanşir Abdullayevin iştirakı ilə müəyyən ediləcək. Şura bu sahədə ideyaların, məlumatların və təcrübələrin müzakirə olunduğu platforma rolunda çıxış edəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















