Azərbaycan bankı İtaliyanın futbol klubu ilə birgə layihələrə start verəcək
İtaliyanın “Yuventus” futbol klubunun azarkeşlərinə Azərbaycan Beynəlxalq Bankından maraqlı xəbər var.
“Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək. Bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq.
Özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Kartların məhdud sayda hazırlandığını və ona böyük müştəri marağını nəzərə alaraq bank yaxın vaxtlarda bu özəl kartların əvvəlcədən satışını elan edəcək. Belə ki, qabaqcadan sifariş edən müştərilər bu kartın ilk sahibləri ola biləcəklər.
Bundan başqa, bankın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyicilər arasında maraqlı müsabiqələr keçiriləcək. Müsabiqə qaliblərinə üzərində “Yuventus”un birinci heyətindəki futbol ulduzlarının orijinal imzaları olan köynəklər hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Bu layihələr, düşünürük ki, xüsusilə ölkəmizdəki “Yuventus” azarkeşləri arasında xoş bir sürpriz kimi qarşılanacaq. Regional partnyorluq çərçivəsində reallaşdırdığımız birgə layihələrlə sevimli klublarını “Yuventus” azarkeşləri üçün yaxın və əlçatan edəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


