“AzerTelecom” Transxəzər magistralı layihəsinin icrasına başladı
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.
Bu məqsədlə Azərbaycan tərəfdən "AzerTelecom" şirkəti və Qazaxıstan tərəfdən "Transtelekom" və "KazTransCom" şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.
Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası Saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.
Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan McKinsey and Company, Detecon, Axiom, DLA Piper, Huawei, PwC kimi şirkətlər də cəlb olunub.
Transxəzər fiber-optik magistralının çəkilişi AzerTelecom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” (ADH) proqramının bir hissəsidir. Bu proqram çərçivəsində Transxəzər fiber-optik magistralının çəkilişi Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə rəqəmsal dəhlizin yaradılmasına mühüm töhfə verəcəkdir və Azərbaycanı regionun Enerji və Nəqliyyat mərkəzinə paralel olaraq həmçinin Rəqəmsal Mərkəzinə (Digital Hub) çevirəcəkdir. Transxəzər fiber-optik magistralının ümumilikdə regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaqdır.
Bu layihənin icrası həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcəkdir.
Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsi ölkəmizin telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, internetin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və Rəqəmsal Mərkəz olması deməkdir. Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturu şəbəkəsində mərkəzi mövqe əldə etməsidir. Azərbaycanın “Digital Hub”a çevrilməsi ilə perspektivdə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı şəhəri də əlavə olunacaqdır. Layihə dünya miqyaslı qlobal rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kiber-təhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisninin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ixrac edilməsinə öz töhfəsini verəcəkdir.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, FTTx, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






















.jpg)

