“Bank BTB” 2 şöbəsini filiala çevirib
® Bank “BTB” ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində xidmət nöqtələrinin sayını əsaslı olaraq artırmışdır.
Belə ki, Bank BTB-nin “Sahil” və “28 May” adlı şöbələri ləğv edilib. Qeyd olunan şöbələrin hüquqi ünvanlarında fəaliyyət göstərəcək müvafiq olaraq “Sahil” və “28 May” adlı filiallarına isə bank fəaliyyətinin həyata keçirilməsi üçün icazələr verilmişdir. Bununla da, bankın Baş Ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 13 filialı, 3 şöbəsi var.
Bank “BTB”-nin xidmət nöqtələrində həm fiziki, həm də hüquqi şəxslərə geniş bank xidmətləri təklif edilir. Müştərilər hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və sair ödənişlər, lombard və ipoteka kreditləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif olunur.
Bank “BTB” 2010–ci ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
3 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
23 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























