“Bu gün ticarət mərkəzlərini və oradakı malları sığortalamaq mümkün deyil”
“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girb məsuliyyəti öz üzərinə götürməz”.
Bunu açıqlamasında sığorta eksperti Xəyal Məmmədxanlı deyib.
Onun sözlərinə görə, birincisi, ildə ticarət mərkəzlərində bir neçə dəfə yanğın olur:
“Digər tərəfdən ticarət obyektlərində yanğın təhlükəsizliyi sıfır vəziyyətindədir. Yanğın təhlükəsizliyinə riayət olunmur”.
O, əlavə edib ki, belə olan halda sığorta şirkəti xeyriyyə qurumu deyil, kimsə hansısa bədbəxt hadisəyə görə ziyan çəkdiyi üçün ona kompensasiya versin: “Sığorta şirkətləri normal risk idarəetməsini həyata keçirirlər”.
Ekspert deyib ki, sığorta məsələsi ancaq vətəndaşın belə bədbəxt hadisələr baş verən zaman yadına düşür:
“Vətəndaş başa düşməlidir ki, belə hallarda yeganə kompensasiya vasitəsi sığortadır. Ancaq kütləvi ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki, o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Yəqin ki, binanın sığortası olub. Ən azından FHN bina tikiləndə icbari sığortanı tələb edir. Amma şübhə etmirəm ki, bina sahibləri də sadəcə formal olaraq şəhadətnamə alıblar. Kiçik məbləğə sığortalayıblar ki, kağızı FHN-ə göstərsinlər. Guya bina sığortalanıb. Vətəndaşların özlərinə gəldikdə isə 99 %-in malları sığortasızdır”.
O, bildirb ki, səbəb isə insanlarımızın səhlənkarlılğındadır:
“Gedib qapılarını döyürsən ki, 50 manat ödə, 25 000 manata evini sığortala, birdən hadisə olar. Əksəriyyəti deyir ki,əşi Allah kərimdir, heç nə olmaz”.
“Diqlas” T/M-əki yanğına gəldikdə isə ekspert deyib ki, burada başqa bir problem də orada satılan malların rəsmi uçotunun olmaması ilə bağlıdır:
“Heç istəsən belə, onların mağazadakı mallarını sığortalamaq mümkün deyil. Ona görə ki, heç birinin rəsmi uçotu yoxdur. Rəsmi uçot olmadığından yanğın və ya başqa hadisə baş verəndə orada nə qədər malın olduğunu müəyyən etmək mümkün deyil. Nə qədər mal olub. Və ən əsası qiyməti nə qədər olub”.
Ekspert hesab edir ki, “Binə”, “Sədərək” və digər böyük ticarət mərkəzlərində də vəziyyət eyni ilə belədir:
“Bu obyektlərdə heç bir texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. İnsanlar ən kustar üsulla hazırlanmış sobalardan və texnikalardan istifadə edirlər.
Heç bir əməkdaş adi yanğın təhlükəsizliyi təlimatını bilmir. O baxımdan ticarət obyektlərindəki problem ciddidir. Ona görə də insanlarımız məsuliyyət hiss edib, bu məsələlərə həssas yanaşmalıdır”.
Ekspert bildirib ki, FHN bir az ciddi nəzarət edən kimi hamı şikayət edərək, onları çörək pulu qazanmağa imkan verməməkdə ittiham etməyə başlayır: “Ancaq sahibkar öz malına, mülkünə məsuliyyət hiss etməlidir. Dövlət gəlib onların malını qorumalı deyil axı? Siz təsəvvür edin “Sədərək” və “Binə “ ticarət mərkəzlərininin hərəsindi gün ərzində 200-300 min insan olur. Orada hansı təhlükəsizlikdən danışmaq olar. Bu yerlərdə hər şey taleyin ümidinə qalıb. Halbuki insanların kütləvi toplandıqları yerlərdə çox ciddi nəzarət olmalıdır”.
O, qeyd edib ki, ona görə də obyektlərdə yanğın təhlükəsizliyi standartlarına riayət olunmalı, malların rəsmi uçotu aparılmalı, şəffaflıq təmin edilərək rəsmi fəaliyyət həyata keçirməlidirlər. Sığorta şirkəti malları sığortalayanda gərək siz ona rəsmi siyahı təqdim edəsiniz ki, dükanda nə var və bunun maya dəyəri nə qədərdir.
Bunu çox az sahibkar təqdim edə bilər, qalanları çemadan ticarəti edirlər. Bu olmadığından belə hadisələr ortaya çıxanda ciddi problemlər yaşanır”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Ölkə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
5 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 saat sonra
-
-
12 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
12 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
12 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
13 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
13 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb

























