10 bankın qiymətli kağızlara investisiyaları azalıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21-nün aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarında investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "Xalq Bank", "Rabitəbank", "Atabank", "Bank Respublika", "Unibank", "Zıraat Bank Azərbaycan", "Access Bank", "Amrah Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Amrah Bank"da və "Bank of Baku"da (100%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,9%) qeydə alınıb.
11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Azər-Türk Bank", "Nikoyl Bank", "PAŞA Bank", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Bank BTB", Kapital Bank", "AFB Bank", İran Milli Bankının Bakı filialı, "Turan Bank" və "Azərbaycan Beynəlxalq Bankı"dır. Ən yüksək dinamika "Azər-Türl Bank"da (12,1 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Beynəlxalq Bankı"nda (4,9%) qeydə alınıb.
2 bank - "Bank VTB Azərbaycan" və "Express Bank" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 7 bank - AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.
9 bank qiymətli kağızlar bazara maraq göstərmir
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank of Baku", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 440,257 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,571 milyon manat), "Kapital Bank" (325,394 milyon manat) və "Xalq Bank" (163,721 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 9 bankda 10-100 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan da azdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















