PAŞA Bank Amerika-Azərbaycan ticarət palatasının illik yığıncağında iştirak edib
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – Amerika-Azərbaycan ticarət palatasının Vaşinqtonda keçirilən illik yığıncağında iştirak edib. Bu il tədbirin iştirakçısı 30 müxtəlif təşkilatdan, o cümlədən diplomatik missiyalardan, biznes-assosiasiyalardan, iri banklardan, investisiya birliklərindən və digər işgüzar dairələrdən 250-dən artıq nümayəndə iştirak edib.
Konfrans zamanı hər iki ölkənin mütəxəssisləri enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında baş verən dəyişiklikləri, həmin proseslərin Azərbaycan və ABŞ-ın iqtisadiyyatına təsiri və ölkələr arasında ticarət münasibətlərinin gələcək inkişafı perspektivlərini müzakirə edib. Tədbirin mövzusuna habelə ölkəmizdə aparılan iqtisadi islahatlara və biznesin aparılması üçün yeni imkanlara, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının gələcək inkişafına aid və s. məsələlər daxil edilmişdir.
“Banklar və maliyyə” adlı xüsusi sessiyada spiker qismində çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi iqtisadiyyatın şaxələndirilməsini daha da aktual etdi ki, biz bank olaraq fəaliyyətimizin ilk günündən buna hazır idik.
PAŞA Bankın sədri öz çıxışını bu sözlərlə yekunlaşdırıb:
“Əlbəttə, dünya energetika bazarındakı sarsıntılardan irəli gələn böhran ölkələr üçün hiss olunacaq iqtisadi çətinlikləri törədir, lakin eyni zamanda inkişaf üçün də yeni imkanlar açır. Belə ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının, nəqliyyat və logistikanın, İKT-nin, turizm sənayesinin əsas istiqamətlərinin inkişafına aid struktur islahatlar tam gücü ilə həyata keçirilir. Qeyd olunan sektorlar üzrə işlənib hazırlanmış yol xəritələri ölkədə ixrac yönümlü istehsalatın inkişafı və xarici investisiyaların, o cümlədən ABŞ-dan investisiyaların cəlb edilməsi üçün böyük imkanlar yaradır. Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan biznesi və onu dəstəkləyən bank sektoru Amerikalı partnyorları ilə konstruktiv dialoqa, təcrübə və informasiya mübadiləsinə, həmçinin yeni qarşılıqlı faydalı işgüzar münasibətlərin qurulmasına açıqdır”.
Qeyd edək ki, Amerika-Azərbaycan ticarət palatasının iki günlük konfransı öz işini bu gün, mart ayının 2-də başa vurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















