“Qara bazar” dolları birbaşa hərraclardan alır?
Nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq.
"MArja" xəbər bunu iqtisadçı Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.
“Valyuta bazarımızda dollar bahalaşır. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, dünən yazdığım kimi, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır.
Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar o zaman “qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, “qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır.
Maraqlıdır ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək",- iqtisadçı yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 15 d. əvvəl
-
36 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi




















