Almaniya iqtisadiyyatı durğunluğa düşməkdən son anda xilas oldu
Almaniya iqtisadiyyatı, ötən ilin dördüncü rübündə əvvəlki rüb ilə müqayisədə dəyişməyərək (0 faiz), durğunluğa düşməkdən son anda xilas olub.
"Marja" xəbər verir ki, Almaniya Federal Statistika Bürosunun (Destatis) məlumatlarına görə, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM), 2018-ci ilin dördüncü rübündə həmin ilin üçüncü rübü ilə müqayisədə dəyişməyib. Almaniya iqtisadiyyatı ötən ilin üçüncü rübündə 0,2 faiz kiçilmişdi. Beləliklə Avropanın ən böyük iqtisadiyyatı durğunluğa düşməkdən son anda xilas olub.
Ardıcıl iki rüb ərzində azalması halında iqtisadiyyata durğunluq diaqnozu qoyulur.
Mütəxəssislər, ixracata əsaslanan Almaniya iqtisadiyyatında artıma, zəif qlobal tələbin, ABŞ və Çin arasındakı ticarət müharibəsinin və Brexit-in mənfi təsir etdiyini vurğulayırlar.
Avropanın lokomotiv ölkəsi Almaniyada iqtisadiyyat ötən il 1,5 faiz artmışdı. Artım sürəti 2017-ci illə müqayisədə aşağı düşmüşdü. Almaniya hökuməti, iqtisadiyyatın bu il 1 faiz artacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 7 d. əvvəl
- 18 d. əvvəl
- 32 d. əvvəl
-
48 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
54 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
























