"FED-in siyasətindən asılı olaraq Rubl ucuzlaşa bilər"
2019-cu il Rusiya iqtisadiyyatı üçün uğurlu başlayıb.
İlin əvvəlindən qonşu ölkənin milli valyutası – rubl ABŞ dolları qarşısında təxminən 5% bahalaşıb – RUB/USD nisbəti 69-dan 66-ya düşüb.
Rusiyanın fond bazarındakı vəziyyəti xarakterizə edən və Moskva birjasında hesablanan RTS indeksi isə 1 069-dan 1 201-ə yüksəlib. Başqa sözlə, Rusiyanın qiymətli kağızlar bazarına maraq artıb.
Müstəqil ekspertlərin isə Rusiya iqtisadiyyatı barədə proqnozları elə də nikbin deyil. Onlar əvvəlcə bu il ölkə iqtisadiyyatının 1,6% böyüyəcəyini proqnozlaşdırsa da, hazırda iqtisadi artım göstəricisinin 1%-dən çox olmayacağını deyirlər.
Ekspertlərin fikrincə, Rusiyada artan inflyasiya risklərı fonunda istənilən pul-kredit fəaliyyətini stimullaşdırmaq və iqtisadi inkişafı dəstəkləmək üçün dövlət büdcəsindən bir vasitə kimi istifadə edilə bilər. Bundan başqa, iqtisadi artım üçün əsas amillərdən biri olan investisiya qoyuluşudur ki, bu il bu sahədə artımın ötən illə müqayisədə 1,5 faiz bəndi az – elə 1,5% olacağı proqnozlaşdırılır. 2018-ci ildə investisiya qoyuluşunu təmin etmiş əsas amillərdən biri Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatı olub. 2019-cu ildə isə ölkədə hansısa mötəbər idman yarışı olmayacaq.
Bununla belə, hələlik rublun məzənnəsi sabitdir və hətta güclənməyə meyllidir. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sabit saxlaması və dünya bazarında neftin qiymətinin qənaətbəxş səviyyədə (60 dollar civarında) olması Rusiyanın milli valyutasının ucuzlaşmamasına imkan verir. Görünür bu səbəbdəndir ki, Rusiya Bankının (Mərkəzi Bank) fevralın 8-də keçirilmiş iclasında uçot dərəcəsinin bir daha artırılmasına ehtiyac duyulmayıb və faizlər sabit saxlanılıb. Halbuki, dekabrın 14-də keçirilmiş iclasda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 7,5%-dən 7,75%-ə yüksəldilmişdi.
Analitiklər hesab edir ki, indiki şərtlərlə bu ilin sonuna qədər Rusiyada dolların məzənnəsi 60-70 rubl civarında dəyişəcək. Əgər FED yenidən faizləri artırmağa başlasa və bunun nəticəsində əmtəə birjalarında neft qiymətləri düşsə, RUB/USD nisbətinin 80-90 civarında dəyişəcəyini proqnozlaşdırmaq olar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















