"Rosneft" in rəhbəri: "OPEC+ sazişi Rusiya üçün təhlükəlidir"
"OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ABŞ üçün əlverişli mövqe yaradıb və bu vəziyyət Rusiyanın neft sənayesinin inkişafı üçün strateji təhlükə halına gəlib".
Bu barədə "Rosneft" şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda deyilir.
Nəşrin məlumatına görə, İ.Seçin Rusiya neftinin dünya bazarındakı payının 1990-ci ildəki 16,3%-dən 2018-ci ildə 12%-dək azaldığını qeyd edərək, istehlakçıların Rusiya neftindən digərlərinə yönəldildiklərini və bunun Rusiya şirkətlərinin bazar payının geri qaytarılmayacaq dərəcədə azalmasına səbəb ola biləcəyini söyləyib.
Rusiya Energetika Nazirliyinin, "Rosneft" və "Qazprom neft" şirkətlərinin nümayəndələri, eləcə də Putinin mətbuat katibi Dmitri Peskov qəzetə məsələyə şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri 2017-ci ildən etibarən hasilatın azaldılmasına dair saziş imzalayıblar. Sazişin müddəti iki dəfə uzadılıb. 2019-cu ilin may ayına qədər Rusiya hasilatı 2018-ci ilin oktyabr ayındakı göstəricidən 2% az etməli, gündəlik 11,2 milyon barel hasil etməlidir. Saziş iştirakçısı olan ölkələr 2019-cu ilin sonuna qədər razılaşmanın müddətinin uzadılıb-uzadılmaması barədə qərar verməlidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















