Bu il Azərbaycanda "İnnovasiya Evi" inşa olunacaq
“Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Artıq agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və baxılma mərhələsindədir”.
Bunu Azərbaycan Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, yeni Agentlik Azərbaycanda innovasiya fəaliyyətinin inkişafına daha da təkan verəcək: "Nazirliyin layihələri çərçivəsində "İnnovasiya Evi"nin qurulması nəzərdə tutulub. Bu il Xətai Telefon Qovşağının ərazisində evin inşasına başlanılacaq. Güman edirik ki, bu mərkəz gənclərimiz, ümumuyyətlə innovativ ideyaları olan hər bir şəxs üçün faydalı olacaq. Bu mərkəzdə də əqli mülkiyyətin, yaxud biliklərin transferi mərkəzi də fəaliyyət göstərəcək. Yəni, ideyaların kommersiyalaşması istiqamətində gənclərə dövlət tərəfindən dəstək göstəriləcək".
Nazir müavini əlavə edib ki, təmsil etdiyi qurum "Hökumət buludu"nun üzərində də çalışır: "Hökumət buludu", "Data mərkəzi"nin yaradılması, ümumiyyətlə internetin inkişaf etdirilməsi, yeni ixtisasların, yeni fəaliyyət sahələrinin yaradılması üzərində də iş gedir. Hesab edirəm ki, aidiyyatı qurumlarla birgə fəaliyyət nəticəsində biz bu işləri yerinə yetirə biləcəyik. Bir rəqəmi qeyd etmək istəyirəm. Davos forumunun hesabatlarına görə, hazırda təhsil alan uşaqların təxminən 65%-i bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Bunun özü göstərir ki, biz öz fəaliyyətimizdə hansı addımları atmalıyıq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























