12 bankın qeyri-faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin ötənilki qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank BTB", "Unibank", "Nikoyl Bank", "Bank of Baku", "Muğan Bank", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "AGBank", "Azər-Türk Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Express Bank", "Günay Bank", "NBC Bank" və "Kapital Bank"dır. Ən yüksək dinamika "Bank BTB"də (2,9 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (1,2%) qeydə alınıb.
1 bankın - "Access Bank"ın qeyri-faiz zərəri 39,2% azalıb.
1 bank - "Bank VTB Azərbaycan" ötən il qeyri-faiz əməliyyatlarından zərər etdiyi, əvvəlki il isə gəlir əldə etdiyi, 1 bank - Pakistan Milli Bankının Bakı filalı isə əksinə, ötən il qeyri-faiz əməliyyatlarından gəlir əldə etdiyi, əvvəlki il isə zərər etdiyi üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 12 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"nda (77,4%), ən az azalma isə "AFB Bank"da (1,7%) qeydə alınıb.
2 bankın qeyri-faiz gəlirləri 100 milyon manatdan çoxdur
2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 2-si qeyri-faiz əməliyyatlarından zərər edib.
Bunlar "Bank VTB Azərbaycan" və "Access Bank" dır. Adı çəkilən bankların qeyri-faiz zərəri müvafiq olaraq 5,524 milyon manat və 8,974 milyon manat olub.
Qalan 28 bank isə müxtəlif məbləğlərdə qeyri-faiz gəlirləri əldə edib. Onlardan 2-də sözügedən göstərici 100 milyon manatdan çoxdur. Həmin banklar "Kapital Bank" (136,851 milyon manat) və "Azərbaycan Beynəlxalq Bankı"dır (116,06 milyon manat).
Qalan 26 bankdan 11-də qeyri-faiz gəlirləri 10-100 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























