"Səhmlərə yatırımları artırmaq vaxtı deyil, qızıl almağı bərpa etmişik"

Ticarət ziddiyyətləri və geosiyasi risklərlə üzləşən bir dünyada Azərbaycanın Neft Fondu üçün qızılın təhlükəsizliyi ilə heç bir aktiv müqayisə oluna bilməz. Bu barədə “Bloomberg” agentliyinə müsahibəsində Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Neft Fondu 5 il fasilədən sonra 2018-ci ildə qızıl almağı bərpa edib və 2019-cu ildə qızıl aktivlərini təqribən 2 dəfə artıraraq 100 tona qaldırmaq niyyətindədir. Ş.Mövsümov bildirib ki, fond ötən il istiqraz və səhmlərə böyük yatırımlardan ehtiyat edib və bu yanaşma fondu böyük itkilərdən qoruyub.
Neft Fondunun rəhbəri bu yanaşmanı "Başqasının kredit riski olmayan bir şeyə sahib olmaq istəyirik" ifadəsilə izah edib. "Dünyada geosiyasət dəyişikliyini, ehtiyat valyutalardakı dəyişiklikləri, güclü ölkələr arasındakı dinamikanın dəyişməsini və bütün bunların maliyyə sektoruna təsirini gördüyünüz dünyada təhlükəsizlikdə olmaq lazımdır".
Qeyd edək ki, adətən qarışıqlıq dövrlərdə etibarlı aktv sayılan qızıla tələbat ötən il ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsin artımının dayandırılacağı ilə bağlı bəyamnatından sonra artmağa başlayıb.
Qlobal iqtisadi artımın yavaşıması və ABŞ-Çin arasında uzun müddətli ticarət müharibəsi əlamətlərinin görünməsi isə maliyyə bazarlarına qeyri-müəyyənlik gətirdi. Nəticədə oktyabrın ortalarından etibarən qızılla tələbat artıb və qızılın qiymətləri 2018-ci ili 2017-ci ilin martından indiyədək ən yaxşı rüblük göstərici ilə başa vurub. Səhm bazarındakı dəyişikliklər və ABŞ-dakı hökumət böhranı da qızıla tələbatı artırıb.
Agentlik yazır ki, Neft Fondu keçmiş Sovet İttifaqı ərazisində neft hasilatına görə üçüncü böyük ölkə olan Azərbaycanda neft və qaz gəlirlərini idarə etmək üçün 1999-cu ildə yaradılıb. Hazırda Fondun aktivləri ölkənin Ümumdaxili Məhsulunun 80%-nə barabərdir.
Şahar Mövsümov bildirib ki, 2019-cu ildə fondun aktivlərinin daha 2,3 milyard dollar artaraq rekord həddə - 40 milyard dollara çatması gözlənilir.
2012-ci ildə Fondun vəsaitlərinin idarə edilməsində dəyişiklik olub və vəsaitlərin səhm, qızıl və əmlaka yatırılmasına icazə verilib. Qanunvericiliyə görə, vəsaitlərin 25%-i bu sahələrə yönəldilə bilər. Amma hələlik bu yatırım 13-14% həcmindədir.
"Biz qərara gəldik ki, səhmlərə yatırımları artırmaq vaxtı deyil və haqlı çıxdıq – ötən il səhmlər üçün pis il oldu"-deyə cənab Mövsümov bildirib.
Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı qaydalara dəyişiklik edilib və qızıla yatırıla bilən vəsaitlərin həcmi 10%-ədək artırılıb.
İstiqrazların və pul bazarı alətlərinin payı isə 60%-dən 55%-ə endirildi. Fond keçən il aktivlərin idarə olunmasından "çox kiçik" gəlir əldə edib, amma fond rəhbərliyi bildirir ki, məhz səhmlərə investisiyanın artırılmaması səbəbindən daha böyük zərərin qarşısı alınıb.
Mövsümovun sözlərinə görə, "Bizim həmkarlarımız (yəni başqa suveren fondlar) səhmdlərə daha böyük vəsait yatırmaqla böyük itkilər verdilər". ARDNF daha çox uzun müddətli bir investor kimi risk almaq istəyir, ölkə vətəndaşları və yerli mətbuatın istədiyi "risk iştahası"nın isə vaxtı deyil.
Mövsümov bildirib ki, Neft Fondu "çox sabit gəlir" əldə edən daşınmaz əmlaka daha uğurlu yatırım edib. İndiyədək qurum London, Paris, Milano, Moskva, Seul və Tokyoda ticarət daşınmaz əmlakı alıb və Avropada, Şimali Amerikada və Asiyadakı bazarlarda daha çox imkanlar axtarır. Onun sözlərinə görə, Asiyadakı əmlaka fondun daha böyük marağı var ki, bu da həmin ərazidə iqtisadi artımın daha yaxşı perspektivləri olması ilə əlaqədardır.
Mövsümovun sözlərinə görə, fond əvvəlki illərdə daşınmaz əmlakın birbaşa satınalmalarını həyata keçirsə də, hazırda birbaşa satınalmaların daha çox vəsaitə ehtiyacı olduğu üçün investisiya fondları vasitəsilə investisiyalara üstünlük verir.
Fondun xaricdən aldığı bütün qızıllar qurumun Bakıda Heydər Əliyev prospektindəki yeni binasında saxlanılmaq üçün Azərbaycana gətirilir. "Fond aldığı qızılın bir hissəsini də olsa niyə xaricdə saxlamaq istəmir" sualına Mövsümov bildirib ki, bu tamamilə kommersiya qərarıdır və onun etibarla heç bir əlaqəsi yoxdur.
"Əgər siz yızıla yatırılan investisiyaların gətirdiyi gəlirə baxsanız görərsiniz ki, onlar o qədər azdır ki, qızıl daşımalarında tariflərin kiçik bir dəyişməsi bu gəliri tamamilə "yeyəcək", ona görə də, qızılı aşağıdakı anbarda saxlamaq yaxşıdır", - deyə Mövsümov bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
6 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
7 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
11 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
11 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
12 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
