Maliyyə Nazirliyi Manatın məzənnəsinin tezliklə sabitləşəcəyi qənaətində ola bilər
Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 2 il müddətinə dövriyyəyə buraxmaq istədiyi, hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd (10 mln. manatlıq) dövlət ortamüddətli istiqrazının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata görə, uzun fasilədən sonra dövlət qiymətli kağızlarına görə sabit kupon faizi təklif ediləcək. Belə ki, Maliyyə Nazirliyi bu dəfə istiqrazlarını konkret faizlə, illik 15% gəlirliliklə realizə etmək istəyir. Sonuncu dəfə bu vəziyyət 2014-cü ildə olub. O vaxtdan hərraclarda dövlət istiqrazlarının gəlirliliyi investorların tələbindən asılı olaraq müəyyən edilib.
“Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hesab edir ki, Maliyyə Nazirliyinin investorlara ortamüddətli istiqrazlara görə sabit gəlirlilik təklif etməsi qurumun Azərbaycan manatının məzənnəsinin tezliklə sabitləşəcəyi qənaətində olması və dövlət borclanması xərclərini azaltmaq istəyi ilə bağlıdır:
“İndiyə qədər dövlət istiqrazlarının gəlirliliyini investorlar hərrac vasitəsi ilə müəyyən edirdi və bu rəqəm bəzən 16-20% arasıda dəyişirdi. İndi isə nazirlik 15%-dən yuxarı, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsindən çox gəlirlilik vəd etmək istəmir və konkret faizlə bazara çıxmağa qərar verib. Bununla belə, hərracın gedişində vəziyyətin dəyişəcəyi, investorların istəyindən asılı olaraq illik gəlirliliyin artacağı və yaxud azalacağı istisna deyil”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
41 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















