Azərbaycanın maliyyə sektoruna 300 min manat sərmayə yatırılıb
Cari ilin yanvar ayında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə ümumilikdə 0,3 mln. manat investisiya yatırılıb.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ölkə üzrə cəmi investisiya qoyuluşunun 0,03%-ni təşkil edir.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında bu sahəyə investisiya yatırımı olmayıb. 2016-cı il ərzində isə maliyyə sektoruna investisiya qoyuluşu 4,3 mln. manat təşkil edib və bu, illik müqayisədə 77,8% azdır.
Cari ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala toplam 954,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5%-ni təşkil edib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 50 d. əvvəl
-
-
57 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib



























