"Neft qiymətləri tayı-bərabəri görülməmiş bir oynaqlıq dövründədir"
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri doktor Fatih Birol, neft qiymətlərinin oktyabrda 86 dollar səviyyəsindən hazırda 55 dollar səviyyəsinə endiyini bildirərək, "Neft qiymətləri enerji tarixində tayı-bərabəri görülməmiş bir volatillik dövrünə daxil olur. Qiymətlərdəki oynaqlıq uzun bir müddət bizimlə birlikdə olacaq" deyib.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarlarının neft qiymətləri üzərindəki təsirinin artıq azaldığına diqqəti çəkən Birol, belə davam edib:
"Amerikadakiı çox böyük şist nefti istehsalına görə, vəziyyət dəyişib OPEC və OPEC-ə üzv olmayan ölkələrin bir neçə həftə əvvəl hasilatın azaldılması barədə verdiyi qərar neft qiymətlərini artırmaq əvəzinə, qiymət 55 dollar səviyyəsinə qədər geriləyib. Neft tələbində isə inkişaf etmiş ölkələrdə azalma, inkişaf etməkdə olan ölkələrdə sürətli bir artım var. Avtomobillər neft istehlakının 20%-ini yaradır. Neft tələbində əsl artım neft-kimya, yük maşınıları və təyyarələrdən qaynaqlanır. Xüsusən Asiya bazarında sözügedən artım görünür. Asiya daha yeni uçmağa başlayır və tələbat inanılmaz yüksəkdir. Buna görə, inkişaf etmiş ölkələrdə tələbat azalır, inkişaf etməkdə olan ölkələrdə artır. Dünyadakı neft yataqlarının müəyyən bir hissəsində hasilat artıq düşüb. İnvestisiyalarda da azalma var. Digər tərəfdən, Amerikada şist nefti istehsalı çox sürətlə artır. 2025-ci ildə ABŞ-ın istehsalı Rusiya və Səudiyyə Ərəbistanının cəmi istehsalına bərabər ola bilər".
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
























