“Yanvardan avtomat “Khazar” avtomobilləri istehsal ediləcək” - MÜSAHİBƏ
Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodunun fəaliyyətilə bağlı “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov sualları cavablandırıb.
- Emin bəy, “Khazar” Avtomobil Zavodunun bu il ərzində fəaliyyətini necə qiymətləndirirsiz? Qarşıya qoyulan hədəflərə çatmaq mümkün oldumu?
- Zavod tam olaraq cəmi 4 aydır ki, fəaliyyətdədir. Bundan əvvəl hazırlıq işləri gedirdi. Çünki bütün bunlar olmadan tam olaraq istehsala başlamaq mümkün deyildi. İşlərimiz qaydasında gedir. 4 ay ərzində 1000 avtomobil satılıb.
- Hazırda alıcılar hansı modelə daha çox maraq göstərir?
- “Khazar” SD markalarına daha çox üstülük verilir.
- Bildiyimizə görə, istehsal edilən bütün avtomobillər mexaniki ötürücülü modellərdir. Hazırda isə tələbat daha çox avtomat ötürücülü avtomobillərədir. Zavodda bu cür avtomobillərin də istehsalı nəzərdə tutulubmu?
- Bəli, növbəti ilin yanvar ayından etibarın zavodda avtomat ötürücülü avtomobillər də istehsal ediləcək. Avtomat ötürcülü avtomobillərin istehsalı üçün bizim mühəndislərimiz müəyyən təlimlərdə olurlar. Həmçinin, avadanlıqlar alınır. Bu hazırlıqlar üçün müəyyən vaxt lazım olduğu üçün yanvardan istehsala başlayacağıq.
- Avtomat ötürcülü avtomobillər əsasən hansı modeldə istehsal olunacaq?
- Hamısı “Khazar” brendi adı altında istehsal ediləcək. Model olaraq tamamilə fərqli və yeni model olacaq. Hələ ki modeli açıqlamırıq.
- Qiymətlər necə müəyyənləşəcək bu modellərdə?
- Qiymətlər təxminən 19 min manatdan başlayacaq. Alıcılar nağd, kredit, lizinq vasitəsilə bu maşınları ala biləcəklər.
- Zavodda istehsal olunan avtomobillərin yerli alıcı üçün əsas üstünlüyü nədədir? Yəni bir vətəndaş niyə “Khazar” avtomobilini almalıdır?
- Başlıca üstünlük qiymət və keyfiyyətlə bağlıdır. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. Bizim avtomobillər isə daha ucuz qiymətə - 14-16 min manata təklif olunur və daha geniş komplektasiyaya malikdir. Qeyd edim ki, bu avtomobillər AVRO 5 standartlarına uyğun mühərriklə təchiz olunub, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Bundan başqa, avtomobil şüşə lyük, ABC, multisükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi, LED fənərlər, arxa görüntü kamera, park-radar və digər opsiyalarla təchiz olunub. Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur.
- Bütün ehtiyat hissələri yenə də xarici ölkələrdən gətirilir yəqin ki... Hansı ölkələrdir bunlar?
- Əsasən Avropadan... Çin, İran və başqa ölkələrdən də gətirilir. Gələcəkdə bəzi hissələrin ölkəmizdə istehsalını da planlaşdırırıq.
- Maraqlıdır, bunun üçün hansı addımlar atılır?
- Hazırda bu barədə müzakirələr gedir, danışıqlar aparırıq. Ümumiyyətlə, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır və fəaliyyətimizi də bu istiqamətdə qururuq. Qeyd edim ki, Azərbaycan ərazisində ehtiyat hissələri istehsal edildikdən sonra avtomobilin maya dəyəri azalacaq. Bu da öz növbəsində satış qiymətinə təsir göstərəcək. Eyni zamanda, rəqabət qabiliyyəti artacaq və müəssisəmiz avtomobil bazarında öz sinfi üzrə mühüm paya malik olacaq.
- Tələbat artdıqca, satış mərkəzlərinin sayını artırmağı planlaşdırırsınızmı?
- Əlbəttə. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılıb. Amma digər ərazilərdə də satış mərkəzlərinin açılması nəzərdə tutulub. Məsələn, Babək prospektində işlər tam yekunlaşdıqdan sonra ərazini nəzərdən keçirəcəyik.
- Müxtəlif qurumlardan müraciətlər vardı. Davam edirmi sifarişlər, yoxsa bütün qurumlar “Khazar” avtomobillərindən alıb?
- Bir çox qurumlar, İqtisadiyyat, Vergilər, Energetika, Maliyyə nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digərləri bizə sifrişlər vermişdi. Sifarişlərin hamısı tam olaraq yerinə yetirilib. Satılan avtomobillərin təxminən 35-40 faizi dövlət sifarişli idi, yerdə qalanlar isə fiziki şəxslər, sahibkarlar tərəfindən alınıb.
- Dediniz zavod tam gücü ilə fəaliyyətdədir. Əməkdaşların sayı işlərin öhdəsindən gəlməyə kifayət edirmi?
- Hazırda 150 nəfər əməkdaşımız var. Amma isthsal artdıqca, işçilərin sayı da artacaq.
- Demək olarmı ki “Khazar” avtomobilləri bazarda özünə yer tuta bildi?
- Tam olaraq 100 faiz bunu deyirik.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























