Niyə görə kitab ən yaxşı hədiyyədir?
Yeni il ərəfəsində "Kitab ən yaxşı hədiyyədir" cümləsi ilə tez-tez rastlaşırsan. Bilirsinizmi ki, əsrlər əvvəl kitab satılmırdı, ancaq hədiyyə olunurdu. Buna səbəb kitabın bilik mənbəyi olması idi, bilik isə Allahdan verilən vergi kimi qəbul olunurdu.
Hal-hazırda ölkəmizdə onlarla kitab mağazası və onların minlərlə təklif etdiyi kitablar var. Bəs bu qədər təklifin içində ən yararlı kitabı necə seçmək olar?
Müasir işgüzar insanın vaxt darlığı var. Bu qədər seçimin içində ən lazımlı olan kitabı axtarıb tapmaq olduqca çətin prosesdir. Siz müdirinizə, kolleqalarınıza, işçilərinizə, ümumiyyətlə sizə dəyərli olan insanlara kitab hədiyyə etmək istəyirsinizsə, hazır olun – seçim etmək çox çətin olacaq. Seçimi asanlaşdırmaq üçün bəzi üsullar var və bu üsulları sizinlə bölüşmək istərdik:
1. Banal kitablar hədiyyə etməyin.
Əgər siz neytral, ümumi bir hədiyyə etmək istəyirsinizsə, həmin qəbildən olan kitab hədiyyə kimi lazımsız olacaq. Kitab əgər qeyri-adidirsə, praktikdirsə və hədiyyə sahibi üçün maraqlıdırsa, yalnız o halda bu hədiyyə onun üçün surpriz ola bilər.
2. Ciddi kitab hədiyyə edin.
Burada məsələ spesifik ədəbiyyatdan getmir. Əsas məsələ hədiyyə vermək istədiyiniz sahibə bu kitabın nə qədər yararlı olmasıdır. Hər bir işgüzar insanın ümumilikdə yazılı da olmasa, beynində mütləq oxuyacağı kitab siyahısı olur. Çalışın aldığınız hədiyyə həmin siyahıdan olsun.
3. Hədiyyə sahibinin oxuya biləcəyi kitabı alın.
Yuxarıda qeyd etdiyimiz kimi çoxlarımızın kitab oxumağa vaxtı olmur. Əgər siz sırf hədiyyə böyük görsənsin deyə 500-800 səhifəlik kitab almaq qərarına gəlmisinizsə, çox güman ki, yanılacaqsınız. Hədiyyə verəcəyiniz insanın kitabı oxuyacağından qismən də olsa, əmin olmalısınız.
Əgər hədiyyə verəcəyiniz insan rəhbər vəzifəsində çalışırsa, bizneslə məşğuldursa və ya biznes sahibi olmağı planlayırsa, www.readit.az saytının layihəsi olan «Daha ağıllı ol!» kitabı ən yaxşı seçimdir. Belə ki:
- «Daha ağıllı ol!» kitabı unikaldır. Kitab Azərbaycan dilinə bu günə qədər tərcümə olunmamış ən məşhur 15 kitabın məzmununu özündə birləşdirir.
- Bu kitab işgüzar insanın vaxtına qənaət edir. Kitaba daxil olan kitabların orijinalda həcmi 4 500 səhifədən çoxdur. Həmin kitabların məzmununu hədiyyə sahibi 170 səhifədə oxuya bilər.
- Kitab konspepkt rolunu oynayır. «Daha ağıllı ol!» kitabı konspekt şəklində – «Oxu və tədbiq et» formatında hazırlanıb. Oxucu kitabı konspekt kimi istifadə edə bilər və dəfələrlə bu kitaba geri qayıda bilər.
- Kitabın alıcı portreti sırf işgüzar insanlardır. Belə ki, alıcıların 64 %-i orta və top menecment kateqoriyasına məxsusdur. Bunlardan 15%-i banklarda, 16 %-i Biznes mərkəzlərində, 12 %-i dövlət orqanlarında, qalanı isə digər şirkətlərdə çalışır. Odur ki, heç düşünmədən bu kitabı öz müdirinizə və ya işçilərinizə hədiyyə edə bilərsiniz.
Qeyd etmək lazımdır ki, Yeni il bağlı Bakı şəhəri daxilində «çatdırılma» pulsuz olacaq. Bundan başqa 2 və daha artıq kitab sifariş edənlər üçün xüsusi qiymət təklifi də qüvvədədir. Sifariş üçün 055 605 93 88 nömrəsi ilə əlaqə yarada bilərsiniz və ya www.readit.az/book ünvanından online sifariş edə bilərsiniz.
Sonda qeyd edək ki, nə kitab hədiyyə edirsinizsə, edin, ancaq elə bir kitab hədiyyə edin ki, bu kitabı hədiyyə alan oxumaqda həvəsli olsun və oxuduqca sizi ansın.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
-
15 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 15 saat əvvəl
-
15 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
15 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
17 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)












