Daha bir rayonun İcra başçısı vəzifəsindən azad edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "R.İ.Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Marja" xəbər verir ki, Prezidentin sərəncamı ilə, Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.
İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1999-cu ildə yaradılmış "Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























