İlham Əliyev Milli Olimpiya Komitəsinin mərasimdə - YENİLƏNİB
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını dedi. Dünyada təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edildiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu deyən dövlətimizin başçısı bu il Ermənistanda baş verən ciddi dəyişikliklər nəticəsində 20 ildən çoxdur mövcud olan kriminal xunta rejiminin çökdüyünü diqqətə çatdırdı, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin bu rejimin çökməsində öz rolunu oynadığını vurğuladı. “Nə qədər ki, torpaqlarımız işğal altındadır biz Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi şəkildə tərk edir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, biz beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfik. Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olduğunu, beynəlxalq nüfuzumuzun artdığını deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə imzalanan əməkdaşlıq sənədində və NATO-nun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsinin ölkəmizə inamdan qaynaqlandığını bildirdi. Dövlətimizin başçısı 2018-ci ildə ölkəmizdə iqtisadi məsələlərin də çox uğurla həll edildiyini diqqətə çatdırdı. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. “Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”, - deyən dövlətimizin başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırdı. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğuladı. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlətimizin başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirib.
Çıxışının sonunda Prezident İlham Əliyev əldə olunmuş uğurlar münasibətilə idmançılarımızı bir daha təbrik etdi, onlara yeni qələbələr arzulayıb.
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Elşad Nərimanov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov çıxış etdilər.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
XXX
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra 2018-ci ilin yekunları üzrə təltifedilmə mərasimi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























