"Hasilatın 1,2 milyon azaldılması neft qiymətlərinin artması üçün kifayət etməyəcək"
OPEC-in göstəriciləri, neft bazarının sabitləşməsi üçün (tələb və təklifin bərabərləşməsi) hasilatın daha çox azaldılmasına ehtiyac ola biləcəyini göstərir.
Neft İxrac Edən ölkələr Birliyi (OPEC) və tərəfdaşları hasilatlarını azaltmaqla neft bazarını 2019-cu ildə tarazlığa gətirmək istəyir. Ancaq bundan sonra daha da çox səy lazım ola bilər.
OPEC + koalisiyası adlandırılan Səudiyyə Ərəbistanı, Rusiya və digər istehsalçı ölkələr, razılığa gəldikləri kimi, gələn ilin ilk altı ayı üçün neft hasilatını gündəlik 1.2 milyon barrel aşağı salarlarsa, qlobal neft təklifi və tələbi tarazlıqda olacaq. OPEC-in hazırladığı hesabata görə, ancaq ABŞ-da güclü bir şəkildə artan şist nefti istehsalı, qrupun gələn ilin dördüncü rübündə yeni bir təklif artığının qarşısını almaq üçün hasilatın azaldılması miqdarını ikiqat artırmağa ehtiyacı ola bilər.
"Marja" xəbər verir ki, Neft İxrac Edən ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının 7 Dekabrdakı iclasda hasilatın gözləniləndən daha çox azaldılmasına qərar verilməsinə baxmayaraq, Brent neftin barelinin qiyməti 60 dollar civarındadır. Treyderlər, ABŞ-da rekord səviyyədəki neft istehsalının və zəif yanacaq istehlakının yeni təklif bolluğu yarada biləcəyindən ehtiyat edirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Oslodakı "Rystad Energy AS" şirkətinin müşavirləri, "Hasilatın 1,2 milyon barel azaldılması neft qiymətlərində təcili və davamlı artımı təmin etmək üçün kifayət etməyəcək. Ancaq bu qərar, ABŞ-ın şist nefti sektoruna bir Milad hədiyyəsi oldu (çünki qiymətlərin daha çox düşməsinin qarşısını alır). ABŞ-ın şist nefti sektorunun istehsalındakı artımın 2019-cu ilin ikinci yarısında və daha sonra da davam edəcəyi görünür"-deyib.
OPEC-in Vyanada yerləşən tədqiqat bölməsi tərəfindən hər ay hazırlanan hesabatında, qlobal neft təklifi və tələbi üçün 2019-cu ilin proqnozlarını çox az dəyişib. Qrup, gələn il istehsal etməyə ehtiyacı olan neft miqdarı üçün proqnozunu gündəlik 90,000 barrel azaldıb.
OPEC-in hesabatına görə, əhəmiyyətli hissəsi ABŞ-ın şist nefti istehsalçılarından olan OPEC xaric neft hasilatının, gələn il gündəlik 2.16 milyon barel artacağı proqnozlaşdırılır. Bu, gündəlik 1.29 milyon barrel olacağı gözlənilən qlobal neft tələbi artımından çox yüksəkdir.
Hesabata görə, 2019-cu ilin ilk yarısında qlobal təklif artıqlığı gündəlik 1.28 milyon barrel olacaq. Bu miqdar OPEC və tərəfdaşlarının ötən həftə Vyanada razılaşdığı rəqəm olan 1.2 milyon barrelə olduqca yaxındır.
Hesabat, dünya bazarlarının 2019-cu ilin ikinci yarısında yenidən hədsiz təklif vəziyyətinə düşəcəyinə işarə edir. İstehsal Vyanada razılaşdırılan miqdar qədər azaldılsa da, təklif dördüncü rübdə sutkada 1 milyon barel ətrafında çox olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























