"İranın neft ixracı artıb, amerikalılar uğursuz olub"
ABŞ, İranın neft ixracını sıfıra endirmək məqsədilə noyabr ayının əvvəlində İrana qarşı sanksiyaları yenidən işə saldı. Ancaq İran Prezidenti Həsən Ruhani etdiyi açıqlamada ölkəsinin neft ixracının noyabr ayının əvvəlindən bu yana artdığını söyləyib.
ABŞ noyabr ayının əvvəlində İrana qarşı sanksiyaları yenidən işə salmışdı. Amerikalı rəsmilər məqsədlərinin İranın neft ixracını sıfıra endirmək olduğunu deyirlər.
ABŞ Prezidenti Donald Trampın, may ayında nüvə proqramı ilə bağlı müqavilədən çıxmasından bəri iki ölkə münasibətlərində böyük gərginlik yaşanır.
"Marja" "Reuters"ə istinadən xəbər verir Ruhani, "Amerikalıların hədəfi bizim neft ixracatımızı əngəlləməkdir. Xalqımıza bunu açıq demək istəyirəm ki, (4 Noyabrdan sonrakı) ixracımız daha yaxşı getmişdir. Yəni Amerikalılar neft məsələsində uğursuz olmuşlar".
Ruhani, ABŞ-ın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaması üçün göstərdiyi səylərinin də uğursuzluğa məruz qaldığını deyib.
OPEC və Rusiyanın başçılıq etdiyi müttəfiq istehsalçı ölkələr ötən həftə istehsalı azaltmaq qərarı veriblər. Trampın xam neft qiymətlərinin düşməsi üçün göstərdiyi təzyiqə baxmayaraq, azaltma bazarların proqnozundan daha yüksək olub.
Ruhani, "Amerikalılar OPEC toplantısında uğur təmin etmədilər və nə xoşbəxtik ki, İran Respublikası uğurlu oldu. Neftimizi satmaq prosesi bu görüşdən əvvəl olduğu kimi eynilə davam edəcək" deyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























