Dolların sürətli bahalaşması investorların diqqət mərkəzində - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində sürətli bahalaşma investorların diqqət mərkəzində.
Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında xarici ticarət münasibətlərinin düzəldilməsi istiqamətində irəliləyişlərin olması xəbərləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.7% bahalaşmasına səbəb olub.
Blumberq agentliyinin çərşənbə axşamı yayımladığı xəbərlərə əsasən, Çin ABŞ-dan idxal olunan avtomobillərə gömrük rüsumlarını azaltmağı planlaşdırır. Belə ki, Çin tərəfindən tətbiq edilən 40%-lik cari gömrük rüsumlarının 15%-ə kimi azaldılması təklifini hökümət gələcək günlərdə təhlil etmək istəyir. Bununla yanaşı, təklifə dəyişikliklər də əlavə ola bilər.
Hər iki ölkənin nümayəndələri çərşənbə axşamı telefon danışı həyata keçiriblər. Bu zaman çinli top meneceri Menq Wanhaun Kanadada həbs edilməsi fonunda yaranan siyasi böhrana baxmayaraq, danışıqların davam etdirilməsi qərar alınıb.
Qeyd etmək lazımdır ki, bu il Çin Amerika avtomobillərinə gömrük rüsumlarını 25%-dən 40%-ə yüksəltmişdi. Almaniyanın ABŞ-da istehsal olunan "Daimler" və "BMW"-nin "SUV" tipli avtomobilləri də bu qərardan böyük zərər görüb. Avropadan idxal olunan avtomobillərə isə rüsumlar 15%-ə kimi azaldılmışdı. Keçən həftənin çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, iki ölkə arasında münasibətləri yenidən korlamışdı. Çin tərəfi Kanada hökümətini insan haqlarının pozulması ilə ittiham edir. Şirkətin maliyyə sədri eyni zamanda şirkətin yaradıcı Ren Çengfeyin qızıdır. Son məlumatlara əsasən, 3 günlük məhkəmə işindən sonra 7.5 milyon dollarlıq pul girovu ilə Menq azad edilib, lakin GPS avadanlığı daşımalıdır.
EUR/USD məzənnəsi də nəticədə 1.13$-a kimi ucuzlaşıb və cari həftənin minimum səviyyəsi altında qalarsa, 1.12$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Neftdə bahalaşma proqnozları
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 61$-a ticarət edilməkdədir. Dolların qiymətlərində bahalaşma, enerji bazarlarında da qiymətlərə mənfi təsir edir. Lakin təhlillərə əsasən, qiymət 61$-ın üzərində möhkəmlənərsə, yenidən 63$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti




























