"Fed 2019-da faiz artırmayacaq"
Hedc fondu rəhbəri Paul Tudor Jones, düşən əmtəə qiymətlərinin yavaşlayan iqtisadiyyatı təhdid etməsi səbəbindən ABŞ Mərkəzi Bankının (Fed) 2019-da böyük bir ehtimalla faiz artırmayacağını bildirib.
"Marja" xəbər verir ki, Jones, CNBC-yə verdiyi müsahibəsində "2019-da faiz artırımına gedəcəklərini düşünmürəm",- deyib.
Əmtəə qiymətlərinin aşağı düşməsin iqtisadiyyat üzərində deflyasiya təzyiqi yaratdığını qeyd edən Jones, "mən hər zaman əmtəə qiymətlərinə baxıram, çünki çox yaxşı göstəricidir",- deyib.
Bazarların böyük bir ehtimalla gələn il "çox volatil" olacağını vurğulayan "Tudor Investment Corp"un banisi gələn il 10 faiz aşağı və ya 10 faiz yuxarı gedə biləcək bir bazar nəzərdə tutduğunu vurğulayıb.
Jones, "yəqin ki, böyük bir qlobal kredit "köpüyü" ilə üzləşirik" deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Məşhur hedc fondunun rəhbəri, 2019-cu ildə yüksək bazar volatilliyinin uzunmüddətli mövqe tutan sərmayədarlardan daha çox treyderlərə fayda verəcəyini qeyd edib:
"Treyder olmaq üçün daha yaxşı bir zaman ola bilər. Həddindən çox qalxış-enişin yaşanacağı volatil bir dövr ola bilər".
Jones, gələn ili, qlobal durğunluğu gətirən maliyyə böhranı öncəsi səhmlərin zirvəyə qalxdığı 2007-ci illə müqayisə edir:
"2007-də iqtisadiyyat dağılırdı, amma səhm bazarı Oktyabra qədər ecazkar performans göstərdi. Yenə elə bir ssenari yaşana bilərmi? Məncə, həqiqətən mümkündür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























