Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir
“Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir”.
“Marja” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir bildirib ki, bu gün ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizə yaxındır:
“Lakin bizdə bərpaolunan enerji mənbələrinin potensialı daha yüksəkdir. Təxminən 25 geqavat həcmindədir və yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır. Hazırda bərpaolunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması və enerji səmərəliliyi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Bərpaolunan enerji mənbələri sənayesinin inkişafına təkan vermək, bazarını yaratmaq, rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq ekspertlərin dəstəyi ilə “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu yaşıl enerjinin kənd təsərrüfatı sektorunda da geniş istifadəsinə şərait yaradacaq.
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinə başlanılıb.
Bərpaolunan enerji sahəsində özəl sektorun iştirakı üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində addımlar atılır. Bu sahədə ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr aparılır, işçi qrupları yaradılıb.
Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
29 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 33 d. əvvəl
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























