Vergilər Nazirliyi yüksək riskli ödəyicilər ilə əməliyyatlar aparanları məlumatlandırmağa başlayıb
“Ötən illə müqayisədə bu il Vergilər Nazirliyi kameral yoxlamaların sayını 3 dəfə azaldıb”
Bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Vergilər Nazirliyi məsafədən nəzarət və təhlil imkanlarını genişləndirib.
“Təbii olaraq müxtəlif dövlət orqanlarında, açıq məkanda olan bu yeni datanın, yeni verilənlərin qanuni şəkildə toplanılması və emal edilməsi prosesi davamlı olaraq aparılır. Vergilər Nazirliyi vergi ödəyicilərini qanunvericiliyə uyğun olaraq risklərə bölür və təhlil edir. Son bir neçə həftə ərzində biz öz xidmətimizdə daha bir yeniliyin tətbiqinə başlamışıq. Əgər vergi ödəycisi riskli vergi ödəyicisi ilə hər hansı bir əqdi həyata keçirmək istəyirsə, ona avtomatik qaydada bir məlumat gedir. Ona bildirilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək risk qrupuna aiddir. Vergi ödəyicisi bu bildirişi elektron formada alır və öz qərarını verir. Bundan sonra o, əməliyyatın edilməməsi ilə bağlı qərar verirsə, bu, şüurlu bir qərar olur. Bu yenilik riskli vergi ödəyiciləri ilə əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Riskli olmayan vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əqdi aparması öz riskini artırmaq deməkdir. Bu, səyyar vergi yoxlaması və digər tədbirlər üçün belə demək mümkündürsə, bir dəvətdir. Çünki, risklərin də müəyyənləşdirilməsinin məqsədi onların öncədən qarşısının alınmasına nail olmaq, vergidən şüurlu, yaxud şüursuz yayınmasının qarşısının alınmasıdır. Vergilər Nazirliyi öz rəqəmsal imkanlarını, məlumatların elektron təhlil imkanlarını davamlı artıracaq. Bunun vergi ödəyiciləri üçün ən böyük faydası üfüqi monitorinq adlandırdığımız məsafədən təhlil mexanizmləri, yəni vergi ödəyiciləri ilə birbaşa ünsiyyətdə olmamaq şərti ilə onun fəaliyyəti barədə vergi orqanının zəruri və hüquqi olduğu bütün məlumatları əldə etməklə müvafiq qərarların verilməsi və həmin qərarların keyfiyyətinin artırılmasına xidmət etməsidir”, - deyə M.Cabbarov vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 42 d. əvvəl
-
52 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























