Fed/Powell: Faiz neytral səviyyədən bir az aşağıdır
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell), "Economic Club of New York"da etdiyi çıxışında, "Faiz nisbəti neytral səviyyədən bir az aşağıdır" deyib. Beləliklə Fed, faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verib.
"Marja" xəbər verir ki, "Mərhələli faiz artımlarının təsiri qeyri-müəyyəndir, təsirini görmək bir il və ya daha uzun bir müddət tələb edə bilər" şəklində danışan Pauell,"Faizin mərhələli artırılması riskləri tarazlaşdırmaq mənasını daşıyır" deyib və pul siyasəti üçün əvvəlcədən təyin olunan bir yol olmadığını vurğulayıb.
Özünün və Federal Açıq Bazar Komitəsinin (FOMC), ABŞ iqtisadiyyatına dair proqnozlarının daim güclü iqtisadi artım olduğunu deyən Cerome Pauell, maliyyə zəifliklərinin isə "mülayim" bir səviyyədə olduğunu qeyd edərək, "Maliyyə sabitliyi, pul siyasəti üçün artıq daha çox əvəzolunmaz haldadır" deyib.
ABŞ iqtisadiyyatının gedişindən çox məmnun olduğunu bildirən Pauell, bəzi şirkət borclarının riskli səviyyəyə çatdığını, ancaq maliyyə sistemi və bazarların 2008 böhranından əvvəlki dövrə nisbətən daha güclü olduqlarını deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Cerome Pauell, "Pul siyasəti qərarlarımız daim iqtisadiyyatı yolu ilə aparmaq üçün və pul siyasəti, məşğulluq və inflyasiya üçün dəyişən görünüşə bağlı olaraq iqtisadiyyatı təqib edəcək şəkildə dizayn ediləcəkdir" - deyib.
Fed 3 il əvvəl sağlam ABŞ iqtisadiyyatına əsaslanaraq faiz artırmağa başlayıb. Faizin, ölkə iqtisadiyyatını tarazlıqda saxlayacaq səviyyələrə yaxınlaşdırdığını qeyd edən Cerom Pauell, "Faiz dərəcələri, tarixi standartlara görə hələ də aşağıdır və iqtisadiyyat üçün neytral olacağı ehtimal edilən səviyyələrdən bir az aşağıdır",- deyib.
NYU- YORK BİRJASI KƏSKİN YÜKSƏLİB
Fed sədrinin çıxışından sonra, yekunda, Dow Jones İndeksi 2,5 faiz artımla 25366,43 bəndə qalxaraq son səkkiz ayın ən böyük gündəlik qazancını qeyd edib.
S&P 500 İndeksi 2,30 faiz qazancla 2743,78 bəndə və Nasdaq Texnologiya İndeksi 2,95 faiz artımla 7291,59 bəndə qalxıb.
İndekslərin yüsəlməsinə, Fed sədri Cerome Pauellin mövcud faiz nisbətlərinin (2%-2.25%) neytral səviyyələrdən bir az aşağı olduğunu bildirərək, bankın faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verməsi təsir göstərib.
Digər tərəfdən, ABŞ-da dünən açıqlanan məlumatlara görə, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM üçüncü rübdə 3,5% artıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























