“AccessBank”ın danışıqların çox gizli qalması üçün “Fitch”dən belə imtina etdiyi üzə çıxdı
Bilirik ki, “AccessBank” beynəlxalq kredit reytinqi agentliyi “Fitch” ilə əməkdaşlığı dayandırıb.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, əməkdaşlıq səhmdarlar arasında aparılmış danışıqların konfidensiallığını təmin etmək üçün dayandırılıb:
“Təkrar edirəm, kapitallaşma prosesinə fərqli ölkələri və müxtəlif korporativ maliyyə mədəniyyətini təmsil edən iri beynəlxalq institutlar cəlb olunub. Təsəvvür edirsiniz ki, son aylar ərzində biz hansı həcmdə işin öhdəsindən gəlmişik? Bu prosesin maksimum şəkildə kənar gözlərdən və arzuolunmaz şərhlərdən uzaq olması üçün olduqca böyük səy göstərdik ki, bu və ya digər düzgün ifadə olunmayan informasiya danışıqlara və tərəflərin istəyinə qətiyyən təsir etməsin. Buna görə, bank mətbuat üçün bu məsələləri şərh etmirdi və biz media tərəfdaşlarımzdan AccessBank üçün həssas olan məqamda anlayışla yanaşmalarını xahiş etdik. Fürsətdən istifadə edərək, bir daha hər bir mətbu orqana təşəkkür edirəm.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mövcud və gələcək səhmdarlar israr edirdilər ki, danışıqlar prosesində konfidensiallıq tam təmin olunsun. Məhz bu baxımdan biz Fitch beynəlxalq reytinq agentliyinə əməkdaşlığın dayandırılması üçün müraciət etdik. Belə ki, hər hansı ciddi təşkilatdan müvafiq reytinqin alınması üçün bank "daxili mətbəxi" tamamilə açmağa borcludur. Bu isə xarici tərəfdaşlarımızla aparılan danşıqlara təsir edə bilərdi. Lakin mən düşünmürəm ki, bank uzun müddət ərzində beynəlxalq qiymətləndirməsiz qalacaq. Xüsusilə nəzərə alsaq ki, bizim səhmdarlar beynəlxalq institutlardır. Reytinqi yenə də Fitch verəcəkmi? Bu, əlavə müzakirə mövzusudur”.
Qeyd edək ki, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov “Marja”ya geniş müsahibə verib. Müsahibəni buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























