ABŞ-dan Rusiyaya "beynəlxalq hüququn pozulması" xəbərdarlığı
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Nümayəndəsi Nikki Haley, "Rusiyanın Ukraynanın Kerç Boğazından qanuni keçidinə mane olması, beynəlxalq hüququ pozur. Bu həyasız aksiya, beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir",- deyib.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Rusiyanın hərbi gəmilərinin, Ukraynanın hərbi gəmilərinə atəş açmasının ardından təcili toplantı çağırıb. Toplantının keçirilməsi üçün 15 üzvdən 9-nun iştirakı tələb edilirdi. Lakin 9 ölkənin dəstəyi alınmadığı üçün iclas,"Azov Dənizində Rusiya-Ukrayna gərginliyi" başlığı altında keçirilib.
ABŞ-ın BMT Daimi Nümayəndəsi Nikki Haley, İngiltərə, Hollandiya, Polşa və İsveçin adından verdiyi bəyanatda, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.
Rusiyanın həftə sonu "çəkinmədən" gərginliyi artırdığını bildirən Haley, Rusiyanın Ukraynanın Kerç Boğazından qanuni keçidinə mane olması, beynəlxalq hüququ pozur. Bu həyasız aksiya, beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir",- deyib.
Rusiyanın BMT Daimi Nümayəndəsinin köməkçisi Dmitri Polyanskiy isə Ukraynanı beynəlxalq hüququ pozmaqda günahlandırıb.
Polyanskiy, "Bu təxribatın əvvəlcədən planlaşdırdığı çox açıqdır və Qərb dövlətləri dəstəkləyib",- deyib.
RUSİYA UKRAYNAYA NOTA VERİB
Rusiya, Kerç boğazında Ukraynanın hərbi gəmiləri ilə Rusiyanın hərbi gəmiləri arasında yaşanan toqquşmaya görə, Ukraynaya nota verib.
Xarici işlər Nazirliyindən verilən məlumata görə, Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinsko nazirliyə çağırılıb.
Ukrayna hərbi gəmilərinin, 25 Noyabrda, Rusiyanın su sərhədlərində və Qara Dənizdə sülh qaydalarını pozduğu bildirilib və bu səbəbdən Ukraynalı diplomat vasitə ilə bu ölkəyə nota verilib.
Dünən səhər saatlarında Ukraynanın Odessa limanından Mariupol limanına getmək üçün yola çıxan 3 Ukrayna hərbi gəmisinə Kerç boğazı yaxınlığında Rusiyanın hərbi gəmiləri müdaxilə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 17 d. əvvəl
- 41 d. əvvəl
-
50 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
54 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)







.jpg)





