Binə qəsəbəsində "kupça" veriləcək - TARİX
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası paytaxtın Binə qəsəbəsində
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar kampaniyanı Bakının qəsəbə və kəndlərində davam etdirməkdədir. İnsan amilinə yönəlmiş və məmnunluğu artıran kampaniya qeydiyyat xidmətlərini hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə yaşayan vətəndaşların ünvanına çatdırır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əlçatanlığa əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının səyyar ofisinin budəfəki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsidir. Bütün növ daşınmaz əmlakların qeydiyyatı ilə bağlı xidmətlərdən yararlanmaq istəyən sakinlər 26-30 noyabr tarixlərində saat 09:00-dan 17:00-dək Binə qəsəbəsi, Əli İsazadə küçəsində (Mədəniyyət Evinin qarşısı) fəaliyyət göstərən mobil qeydiyyat ofisinə yaxınlaşa bilər. Bu barədə "Marja" Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Sosial aksiya ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır, əhalinin mülkiyyət hüquqlarından geniş formada istifadəsinə şərait yaradır. Xidmət üçün hər bir şəraitlə təmin olunan səyyar qeydiyyat ofisində əhali fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı həm qeydiyyat, həm də hüquqi xidmətlərlə təmin olunur. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətə başladığı vaxtdan etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə 20 kənd və qəsəbədə reallaşıb. Məmnunluq, rahatlıq və vətəndaşa yönəlik prinsiplər əsasında müraciət edən hər bir sakin qanunvericiliyə uyğun xidmətlərdən faydalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 28 d. əvvəl
- 34 d. əvvəl
-
37 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 44 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)
.jpg)










.jpg)







