Bank müdirini öldürənlər kassasiya şikayəti verdi
“Avropa” otelində bank müdirini öldürməkdə təqsirləndirilənlər – Sənan Quliyev və Mövlud Səfərov kassasiya şikayəti veriblər.
Hər iki şəxsin vəkili Cavid Rzazadə Ali Məhkəməyə müraciətində M.Səfərova bəraət verilməsini, S.Quliyev ittihamının Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.
İşə hakim Əli Syefəliyevin icraatında baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Xatırladaq ki, 2015-ci il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti alaraq hadisə yerində dünyasını dəyişib.1971-ci il təvəllüdlü Ruslan Əfəndiyev və Ceyhun Nağıyev isə sinəsindən bıçaq xəsarəti alıblar və xəstəxanaya yerləşdiriliblər. Onların həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.
İttihama görə, M.Səfərovun idman zalında bilmədən tatami üzərinə ayaqqabı ilə çıxması R.Əfəndiyevlə onun arasında mübahisəyə səbəb olub. Daha sonra əlbəyaxaya çevrilən münaqişəyə Azər Məmmədov, Mövlud Quliyev və Ceyhun Nağıyev də müdaxilə edib. S.Quliyev çantasında olan bıçağı çıxaraq adı çəkilən şəxsləri vurub. Hadisə nəticəsində S.Quliyev və M.Səfərov da döyülərək xəsarətlər alıblar.
Təqsirləndirilən şəxslər məhkəmədə ifadələri zamanı özlərini təqsirli bilmədiklərini deyiblər. M.Səfərov heç kimi vurmadığını, əksini özünün davada döyüldüyünü deyib bə bildirib ki, Sənanın onları bıçaqladığı hadisədən sonra bilib.
S.Quliyev isə onu döydükləri üçün özünü müdafiə etmək də Azərlə Ruslanı qorxutmaq üçün bıçaq çıxarıb havada yellədiyini deyib, kimisə vurmaq niyyəti olmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
A.Məmmədov Zaminbank”ın Nəsimi filialının müdiri olub.
© Qafqazinfo
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























