Bakı və Aşqabad nəqliyyat sahəsində ikitərəfli sənədlər paketi imzalayacaq

Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində iki ölkə arasında nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın genişlənməsinə yönəlmiş sənədlər paketi imzalanacaq. Bu barədə Mərkəzi Asiya informasiya portalının məlumatında deyilir.
“Aşqabadda keçiriləcək rəsmi sammitin Azərbaycan və Türkmənistanın ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı naminə yük daşımaları sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilməsi planlaşdırılır. Bu məqsədlə hər iki ölkənin dövlət başçıları və hökumət üzvləri tərəfindən imzalanacaq sazişlər hazırlanıb”, - deyə nəşr qeyd edir.
Belə vacib sazişlərdən biri Azərbaycan və Türkmənistan ərazisi ilə və Xəzər dənizi akvatoriyasında yüklərin nəqli məsələlərinin operativ qaydada həlli üçün logistika üzrə Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması ilə bağlıdır.
“Bu saziş Azərbaycan və Türkmənistan arasında hər iki dövlətin cavabdehlik zonasında beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması üzrə daimi qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün səylərin birləşdirilməsinə dair məsələlərin həllinə kömək edəcək”, - deyə portal bildirir.
Bundan başqa, Bakı və Aşqabad yük daşıyıcıları və yük sahiblərinin hər iki ölkə ərazisindəki bütün nəqliyyat infrastrukturu obyektlərinə çıxışı üçün bərabər və qarşılıqlı faydalı şərtləri, bütün növ daşımalarda inzibati fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək niyyətindədir.
“Saziş, həmçinin Bakı-Tbilisi-Qars, Kerki-İmamnazar-Akina və Serhetabad-Turqundi yeni dəmir yolu xətlərinin nəqliyyat terminallarının bütün imkanlarından qarşılıqlı faydalı şəkildə istifadə edilməsini nəzərdə tutur. Daha bir vacib məqam isə bundan ibarətdir ki, saziş imzalandıqdan sonra gömrük, viza və inzibati nəzarət prosedurları sadələşdiriləcək”, - deyə məlumatda qeyd olunur.
Daha bir saziş Türkmənistan Dəmir Yolu Nəqliyyatı Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC arasında imzalanacaq. «Yeni müqaviləyə uyğun olaraq tərəflər hər iki ölkənin ərazisi ilə yüklərin nəqlinə 50% endirim tətbiq etməyi planlaşdırırlar. Bundan başqa, Türkmənistan tərəfi Azərbaycanın dəmir yolları ilə kükürd, polietilen və gübrənin daşınmasına əlavə endirimin tətbiq edilməsi ilə bağlı Azərbaycan tərəfinin razılığını alıb», - deyə məlumatda vurğulanır.
Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Türkmənistan Çay və Dəniz Nəqliyyatı Dövlət Xidməti arasında sazişin imzalanması planlaşdırılır. Sazişdə liman rüsumlarının və müəyyən xidmətlərin tariflərinin azaldılması nəzərdə tutulacaq. Bundan əlavə, saziş türkmən gəmiçilərin Azərbaycan Dövlət Dəniz Akademiyasında güzəştli şərtlərlə təhsil almasına imkan yaradacaq.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
1 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
- 18 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
