Rusiya Mərkəzi Bankı: Neft qiymətləri 35 dollara düşə bilər
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, risk ssenarisinə görə, 2019-cu ildə neft qiymətlərinin 35 dollar/barrelə qədər düşəcəyini bildirərək, "Bunun baş verməsi halında, sanksiyaların da təsirilə Rusiya iqtisadiyyatı 2019-də durğunluğa girə bilər" deyib.
"Marja" xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Rusiya parlamentinin alt qanadı Dumada çıxışında, Rusiya iqtisadiyyatına dair hazırlanan müxtəlif proqnoz ssenarilərini açıqlayıb.
Neft qiymətlərinin 2019-da 55 dollar səviyyəsinə düşməsini, ən mümkün ssenari kimi qiymətləndirdiklərini bildirən Nabiullina, "Bu halda Rusiya iqtisadiyyatının artım nisbəti 2019-da 1,1% -1,7% civarına geriləyər",- deyib.
Nabiullina, neftin qiymətininin 75 dollar ətrafında qalmasına dair ehtimalları da istifadə etdiklərini dilə gətirərək, "Neft qiymətlərinin nisbətən yüksək olması büdcəni rahatlaşdıracaqdır. İqtisadi artım sürətini isə 2019-da 1,5% - 2% civarına qaldıracaqdır",- ifadəsini istifadə edib.
Qiymətləndirilən digər risk ssenarisində isə 2019-da neft qiymətlərinin 35 dollara qədər düşə biləcəyinə diqqəti çəkən Nabiullina, "Risk ssenarisinə görə, neft qiymətləri 35 dollara düşə bilər. Bu dəqiq proqnoz deyil, ancaq belə mənfi bir inkişafdan sonra hansı durumda olacağımızı dərk etməyimiz lazımdır. Bunun reallaşması halında, sanksiyaların da təsirilə Rusiya iqtisadiyyatı 2019-da durğunluğa girəcəkdir", şəklində danışıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Nabiullina, ölkədə inflyasiya risklərinin davam etdiyinə işarə edərək, siyasət faizində gələn ilin sonuna doğru azalma ola biləcəyini qeyd edib.
Rusiya Mərkəzi Bankının Araşdırma və Proqnoz Departamentinin Direktoru Aleksandr Morozov da dünən verdiyi açıqlamada, ölkə iqtisadiyyatına yönələn xarici şokların təsirini yüngülləşdirmək üçün lazımlı alətlərə malik olduqlarını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 11 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)






.jpg)







