Telegram və Facebook ilə dostunuza pul göndərin - RABİTƏBANKDAN YENİLİK
Rabitəbank Azərbaycanın ilk bank botu olan - RabitəBot məhsulunu təkminləşdirməkdə davam edir. Azərbaycanda ilk dəfə olaraq hamının gündəlik istifadə etdiyi Telegram və Facebook əlavələri vasitəsilə artıq dostunuza pul göndərə bilərsiniz. Hətta bunu dostunuzun kart nömrəsini bilməsəniz də edə bilərsiniz.
Bunun üçün Telegram əlavəsində @RabitəbankBot kanalını taparaq ora keçid edirsiniz, “Mənim kartlarım” hissəsindən kartı seçir və daha sonra “Kontakta pul” göndər funksiyasının köməyi ilə dostunuzun heç kart nömrəsini bilmədən ona pul göndərirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. Buna Siz cəmi 25 saniyə vaxt sərf edirsiniz.
Facebook əlavəsi vasitəsilə də həmin funksiya aktivdir. Belə ki, Facebook əlavəsində Rabitəbank səhifəsini axtarış hissəsindən taparaq ora keçid edirsiniz, “Menyu” hissəsindən “Məhsullar” bölməsini seçirsiniz və “Pul köçürmələri” xidmətləri arasından “Kart üzərindən” funksiyasını seçirsiniz. Burada sizin aktiv kartınız təqdim olunur. Daha sonra “Kontakta pul göndər” xidmətinə keçid edirsiniz, məbləği və göndərmək istədiyiniz dostunuzun mobil nömrəsini daxil edir və yaxud telefon kitabçasından seçirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. Beləliklə, dostunuzun kart nömrəsini bilmədən ona 25 saniyə ərzində pul göndərmiş olursunuz.
Bu xidmətlə yanaşı istifadəçilər Telegram və Facebook əlavələri vasitəsilə hesabdan çıxarış, real vaxt rejimində valyuta məzənnələri, yaxın filial və bankomatlar, kredit və kart məhsulları haqda məlumatları əldə edə bilərlər. Bundan əlavə istifadəçilər günün 24 saatında Rabitəbot-un aktiv olduğu Facebook və Telegram kanalından vasitəsilə onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən istifadə edə bilərlər – bütün bunlara isə yalnız saniyələr sərf olunacaq.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







