Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac edilib, 168 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23 159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil edib, nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən idxal 2,3 faiz azalıb, ixrac isə 0,9 faiz artıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,9 faizini İtaliyaya, 8,8 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 5,2 faizini Hindistana, 4,7 faizini Çexiyaya, 4,4 faizini Almaniyaya, 3,9 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini İndoneziyaya, 3,6 faizini Kanadaya, 3,3 faizini Portuqaliyaya, 3,1 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana, 2,3 faizini İspaniyaya qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 6,1 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,3 faizi Yaponiya, hər biri 3,1 faiz olmaqla İran və İtaliya, 2,6 faizi İsveçrə, 2,3 faizi Böyük Britaniya, 2,1 faizi Cənubi Afrika Respublikası, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















