Gözlər ABŞ-dadır - birjalar kəskin düşə bilər
Trump dövründə S&P 500 İndeksi 28% yüksəlib
Donald Trumpın ABŞ Prezidenti seçildiyi 2016-cı ilin Noyabr ayından bu yana ABŞ-da S&P 500 İndeksi təxminən 28 faiz yüksəlib. Bu, digər ABŞ prezidentlərinin vəzifədə olduğu son 64 illik dövrdə görülən ən yaxşı artımlardan biridir.
Prezident Dwight Eisenhower-ın vəzifədə olduğu 1952 - 1954 dövründə S&P 500 İndeksi 29 faiz qalxmışdı.
"Marja" xəbər verir ki, Trampın Prezidentliyinin son 2 ilinin necə formalaşacağı bugünkü ara seçkilərinin nəticəsində bəlli olacaq.
Reuters-də yer alan xəbərə görə, analitiklər, Demokratların ABŞ Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsinin birjalarda təzyiqə səbəb olacağını, Demokratların həm Nümayəndələr Palatası, həm də Senatda üstünlük təmin etmələrinin isə kəskin aşağı istiqamətli reaksiyaya səbəb ola biləcəyini qeyd edirlər.
Əks halda, yəni Respublikaçıların üstünlüyü qoruması halında yeni vergi islahatı ümidi ilə birjaların daha da yüksələcəyi proqnozlaşdırılır.
1922-ci ildən bu yana ABŞ-da keçirilən ara seçkilərdən sonra birjalar 12 ayda orta hesabla 17 faiz yüksəlib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Trampın vergi güzəştləri ABŞ şirkətlərinin gəlirlərini yüksək səviyyədə dəstəkləyib. Hər nə qədər Çin ilə ticarət müharibəsi, inflyasiya və artan faizlər investorlarda narahatlığa,"Wall Street" də bəzən düşmələrə səbəb olsa da, səhm bazarlarında rekordlar davam edir.
Vergi güzəştləri Apple və digər transmilli şirkətlərin xaricdən milyardlarla dolları ölkəyə geri gətirməsini təmin edib, S&P 500 Information Technology İndeksi (SPLRCT) Trampın seçilməsindən bu yana 51 faiz yüksəlib.
BAZAR GÖZLƏNTİSİ
Citi-in analitiki Todd Elmer bir hesabatında "Dollar seçkinin sonunda digər pul vahidləri qarşısında düşərsə alış edilə bilər", - ifadəsini istifadə edib. Hesabatda ara seçkilər və Dollar arasında güclü tarixi bir əlaqə olmadığı, bu səbəbdən Demokratların Nümayəndələr Palatasında üstünlüyü qazanmasının Dolların bahalaşmasına səbəb olmayacağı qeyd olunub.
VOLATİLLİKDƏ AZALMA GÖZLƏNTİSİ
Bəzi investisiya strateqləri ABŞ-da ara seçkilərinin bitməsilə bazar üçün bir qeyri-müəyyənlik faktorunun ortadan qalxacağını, bunun da volatilliyin azalmaya səbəb olacağını bildirirlər.
"BİR ŞEY ETMƏYİN"
Wells Fargo-nun analitikləri isə, "Bizim fikrimizə görə, investorlar seçki nəticəsinə dair qorxuya və ya spekulyasiyaya əsaslanaraq investisiya dəyişikliyi etməkdən qaçmalıdırlar, uzunmüddətli investisiya planlarının davam etdirilməsi və Konqresin hərəkətlərinin gözlənilməsi vacibdir" şəklində şərh ediblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
10 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
11 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)










.jpg)


