“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası kəskin artıb
“PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər artıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin 9 ayında “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 276 milyon 300 min manat və ya 29,3% artaraq 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 144 milyon 269 min manata çatıb. Ötən ilin sonunda “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 943 milyon 99 min manat təşkil etmişdi.
“PAŞA Bank”ın investisiya qiymətli kağızlara yatırdığı vəsait kəskin artıb. Ötən ilin sonunda 395 milyon 944 min manat olmuş investisiya 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 131 milyon manata çatıb (2,9 dəfə artım). Təkcə 2018-ci ilin 3-cü rübündə qiymətli kağızlara 314 milyon 481 min manat yatırılıb.
“PAŞA BAnk”ın kredit təşkilatlarından alacağı məbləğ isə 1 milyard 446 milyon manatdan 1 milyard 3 milyon manata düşüb.
“PAŞA Bank”ın kredit üçün ayırdığı və investisiya etdiyi vəsaitlərin əsas mənbəsi müştərilərin bankdakı vəsaitləridir. Ötən ilin sonunda 2 milyard 822 milyon manat olmuş müştərilərin vəsaitləri cari ilin Sentyabr ayının sonunda 3 milyard 624 milyon manata yüksəlib.
HƏMÇİNİN OXU: “PAŞA Bank”ın xalis mənfəəti kəskin artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























