Lirə və Rublun ucuzlaşması Azərbaycana əhəmiyyətli təsir göstərməyib
“Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir”.
“Marja” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Son 3 ayda beynalxaql konyuktura Azərbaycan üçün əlverişli olmaqda qalmışdır. Neftin qiyməti son dövrdə 37%-dən çox artmışdır. Neftin son 9 ayda orta qiyməti 73 dollar olmuşdur. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edib. 9 ay ərzində xarici ticarət balansında ümumi daxili məhsulun 19%-i səviyyəsində profisit formalaşmışdır. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artmışdır. Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrin mərkəzi bankları tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını sabitləşdirmişdir. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq hökm sürmüş, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edərək 45 milyard dolları ötmüşdür. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillər 2018-ci ilin sonunadək davam edəcəkdir.”,- Elman Rüstəmov deyib..
Qeyd edək ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Ötən dövrdə Türk Lirəsi və Rubl ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















