Bu rayonlar xərclərini öz gəlirləri hesabına təmin edəcək
2019-cu ildə 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək büdcəsini müstəqil formalaşdıracaq.
2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.
2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il ilə müqayisədə 116,9 milyon manat və ya 16,1% çoxdur.
Xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.
Yerli xərclərin 238,4 milyon manatı və ya 28,4%-i təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 231,5 milyon manatı və ya 27,5%-i səhiyyə xərclərinə, 230,9 milyon manatı və ya 27,5%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 110 milyon manatı və ya 13,1%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 8,6 milyon manatı və ya 1%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 21,4 milyon manatı və ya 2,5%-i isə digər xərclərə yönəldiləcək.
İqtisadi təsnifata uyğun olaraq 2019-cu il dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi xərcləri 366,5 milyon manat, idarənin saxlanılması xərcləri 26,1 milyon manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi ilə bağlı xərclər 40,1 milyon manat, ərzaq məhsullarının alınması xərcləri 108,9 milyon manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərcləri 160,4 milyon manat, subsidiyalar və cari transfertlər 14,8 milyon manat, istehlak mallarının və materiallarının alınması xərcləri 21,1 milyon manat, əsaslı xərclər 54,2 milyon manat, qeyri-maliyyə aktivlərinin alınması xərcləri 7,2 milyon manat və digər xərclər 41,5 milyon manat təşkil edəcək.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

























