Səudiyyə şahzadəsi Yaxın Şərqi yeni Avropaya çevirəcəyinə söz verib
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud bildirib ki, yaxın 5 il ərzində Yaxın Şərqin iqtisadiyyatını dəyişəcək və regionu yeni Avropaya çevirəcək.
TASS xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” investisiya forumunda çıxışı zamanı deyib.
"Mən inanıram ki, yeni Avropa Yaxın Şərqdir. Səudiyyə Ərəbistanı Krallığı 5 ildən sonra tamamilə başqa cür olacaq. Bəhreyn, Küveyt və hətta Qətər də, iqtisadiyyatlarımızın fərqli olmasına baxmayaraq, tamamilə dəyişəcək, İordaniya, Misir, İraq — əgər biz beş il içində müvəffəq ola bilsək, dirçəliş burada, Yaxın Şərqdə baş verəcək", — deyə o bildirib.
Şahzadənin sözlərinə görə, o, Yaxın Şərqi daha "dünyanın qurtaracağı"nda görmək istəmir.
Bundan əvvəl bir çox nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanında keçirilən “Future İnvestment İnitiative” forumunda iştirakdan imtina edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
3 saat əvvəl
Sabah Bakıda Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
4 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
4 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 5 saat əvvəl
-
5 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
5 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib
- 5 saat əvvəl
-
7 saat əvvəl
Kapital Bankın rəhbərliyi mətbuat konfransı keçirdi, çoxsaylı suallara cavab verdi