İlk dəfə sığorta şirkətlərinin reytinq cədvəli açıqlandı
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.
Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur.
Birliyin rəsmi saytında (www.asa.az) “Şirkətlər üzrə rəy” bölməsi fəaliyyət göstərir və bu, müştərilərin sığorta şirkətləri barədə müsbət və mənfi rəyinin bildirilməsi üçün nəzərdə tutulub. Qeyd olunan rəylər müvafiq qaydada araşdırılaraq həmin rəyin düzgünlüyü təsdiq edildikdən sonra rəydə haqqında bəhs edilən şirkətə müvafiq bal verilir.
Hal-hazırda mövcud reytinq cədvəlində 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub və cədvələ “A-Group Sığorta” 8 balla liderlik etdiyi halda, sonuncu yerdə -9 balla “Standard İnsurance” qərarlaşıb.
Reytinq cədvəlinin ilk dördlüyü belədir: “A-Group Sığorta”, “Paşa Sığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta”.
Həmçinin, 5-16-ci yerdəki şirkətlər barəsində ya hər hansı bir qeyd olmadığına görə, ya da qeyd olunan rəylər əsaslı sayılmadığı üçün onların balı 0 olaraq nəzərə alınmışdır. Bunlar: “Paşa Həyat Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Axa Mbask Sığorta”, “Amrah Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “Rəvan Sığorta”, “Qala Həyat Sığorta” və “İpək Yolu Sığorta”dır.
Reytinq cədvəlində hal-hazırki nəticəsinə əsasən xidmət səviyyəsi 0 və -9 bal intervalında qiymətləndirilərək son altılığı formalaşdıran şirkətlər – “AzərSığorta”, “Atəşgah Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “AtaSığorta” və “Standard İnsurance”dır.
Xatırladaq ki, reytinq cədvəli Birliyin yeni saytı istifadəyə verildikdən sonra burada qeyd edilən rəylər əsasında formalaşmışdır və bu reytinq cədvəli mütəmadi olaraq ictimaiyyətlə paylaşılacaqdır. Bu baxımdan sığorta şirkətlərinin müştərilərini əməkdaşlıq etdikləri şirkətdəki xidmət və məmnuniyyət səviyyəsinin müəyyən edilməsi məqsədilə Birliyin saytına daxil olaraq rəy bildirməyə və həmin şirkətə müvafiq bal verməyə dəvət edilir.
Reytinq cədvəlini aşağıda təqdim edirik:
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)



