II xurma festivalı necə keçiriləcək? - TƏDBİRİN PROQRAMI
Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.
Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Festivala hazırlıq işləri üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xurma istehsalçıları və ixracatçıları, ətraf rayonlardan gəlmiş qonaqlar, həmçinin rayon sakinləri iştirak edəcəklər.
Festivala dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.
Sonra qonaqlar “Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə tanış olacaqlar.
Festivalın rəsmi açılış mərasimindən əvvəl qonaqlar parkın ərazisində xurma ağacları əkəcəklər. Sonra festival iştirakçıları parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Festivalın birinci günü respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.
Festivalın ikinci günü də maraqlı proqramla yaddaqalan olacaq. Parkda xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, həmçinin tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunacaq, xurmaya aid ekspozisiyalar sərgilənəcək, yerli folklor kollektivlərinin, idmançıların çıxışları olacaq.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























