“Azərmaş”ın hədəfə çatması çətin görünür
2018-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanda cəmi 458 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).
Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust ayları (8 ayda) ərzində Azərbaycanda 311 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Sentyabrda istehsal 147 ədəd artıb. Avqustda artım 42 ədəd təşkil etmişdi.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,3 dəfə artıb.
01.10.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 458 ədəd minik avtomobilinin 153 ədədi anbarlarda olub. 01.09.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. Beləliklə anbarda yığılan minik avtomobillərinin sayı 22 ədəd artıb.
Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.
Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) fəaliyyət göstərir.
“Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 1000-dən artıq avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
42 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 45 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























